Karosta həbsxanası – dünyanın ən fərqli otellərindən biri

Dostlarınla Paylaş

Latviyada yerləşən  Karosta həbsxana-oteli dünyanın ən qeyri adi otellərindən biri sayılır. Otel 2011-ci ilin ən qeyri-adi oteli seçilmişdir. Əvvəllər yer üzündə cəhənnəm kimi təsvir edilmiş bu həbsxanada bir gecə keçirtmək tam bir cəsarət tələb edir.

Keçmiş həbsxananın binasında yerləşən otel  dünyanın ən qeyri adi oteli hesab olunur. Otelin qonaqları sənəd imzalayıb bütün gecə boyu otelin işçilərnin onlarla dustaq kimi davranmalarına razılıq verməlidirlər.

Demək olar ki, XX əsr ərzində  həbsxana divarlarında çar, nasist daha sonra isə sovet rejiminin qurbanları saxlanılıb.

Hal-hazırda bina muzey, ekstrim, həyəcan sevənlər üçün otel kimi fəaliyyət göstərir. Bir gecə üçün cəmi 16 dollar ödəməklə qonaqlar kommunist dövrünün dustaqlarının  yaşadıqlarını yaşaya bilərlər, həmçinin təhqir və fiziki zorakılır.

Qeyri-adi oteldə qalmağa razılaşanlar  yerdə salınmış matraslarda yatmalı, həbsxana yeməyi ilə qidalanmalı, həmçinin həbsxana işçilərinin təhqirlərini dinləməli, onların əməllərinə itaət etməli olurlar.

Həbsxana-otelin qaydalarını pozan şəxslər, həbsxananı təmizləmə cəzasına məruz qalırlar. Bundan əlavə gecənin yarısı həbsxana işçiləri “dustaqları” oyada da bilər. Keçmiş dustaqlar və otelin qonaqları arasındakı yeganə fərq odur ki, bu işgəncələrə dözməyən qonaq buranı  istənilən  vaxt tərk edə bilər.

Karosta haqqında rəvayətlər də gəzir, deyilənə görə həbsxanada ruhlar da mövcuddur, gecələr qapılar öz-özünə çırpılır, dəhlizlərdən gözəgörünməyən zəncir səsləri gəlir.

Otelin qonaqları əsasən turist və tələbələrdir, bu işgəncələrə dözmək istəməyən, lakin həbsxananı görmək istəyənlər günorta vaxtı  buranı muzey kimi ziyarət edə bilər.

 

140 total views, 1 views today

FİKİR BİLDİR
loading...