Karadedeler hadisəsi – Cinlərin qəzəbi (real video görüntü ilə)

Dostlarınla Paylaş

1989-cu ilin yanvar ayında xəbər agentlikləri Türkiyənin K. rayonunun D. kəndində hava qarardıqdan sonra cin gördüklərini və o gündən sonra havanın qararması ilə kəndlilərin qorxudan çölə çıxmadıqları xəbr əldə etmişdilər. Bu xəbrə o dönəmlərin qəzetlərində kiçik parçalar halında yazılırdı.

Bu hadisə eyni günlərdə məzun olmuş bir jurnalist olan H.B.-nın da marağına səbəb olmuş və gənc jurnalist kimi araşdırmaq məqsədilə hadisələrin cərəyan etdiyi D. kəndinə getmişdir. Kənddə 1 gün qalan H.B kəndə çatan kimi kənd sakinlərindən müsahibə almış və bu müsahibəni kameraya çəkmişdir. Müsahibələrində kəndlilər axşamlar qəribə varlıqları gördüklərini dilə gətirirdilər. Gənc jurnalist də bu səbəblə kənddə qalmağı qərara almışdır. Kənddə qaldığı 11 gün ərzində heç bir paranormal hadisə ilə qarşılaşmayan H.B geri dönməyi qərar verdi lakin kəndlilərin israrı ilə kamerasını kənddə 14 yaşındakı bir uşağa verir. Uşaq əgər kənddə varlıq görsə onu kameraya çəkib jurnalistə verəcəkdi. Jurnalist kənddən 3 gün ayrıldıqdan sonra polis tərəfindən İstanbuldakı evindən kənddən çəkdiyi kasetlərlə birlikdə alınaraq L. bölgəsinin polis bölməsinə gətirilmiş və kapitan A.S. tərəfindən sorğuya alınmışdır. Kamera ilə çəkilən sorğunun səbəbi kənddə 3 evdə yaşayan 7 insanın parçalanaraq öldürülməsi və evin divarına ərəb əlifbası ilə  H.B-nın adının qanla divara yazılmasıdır. Ölənlərin arasında jurnalistin kameranı verdiyi uşaq da var idi.

Meydana gələn bu hadisənin bölgə xalqında yaranacaq qorxunu aradan qaldırmaq üçün kəndlilərə bunun bir cinayət hadisəsi olaraq bildirilmişdir. Cənazələr kəndlilərin və polislərin birgə iştirakı ilə gizlilik çərçivəsində kənd məzarlığında dəfn edilmiş, kəndlilərin çoxu isə bu hadisədsən sonra yaşadıqları yeri tərk etmişdilər.

Sorğudan sonra sərbəst buraxılan H.B-nın paltarları, ayaqqabıları, qeyd dəftəri və şəxsi əşyaları fevralın 3-ü 1989-cu ilin çərşənbə axşamı günü D. kəndi ətrafındakı meşədə tapılmışdı, özü isə hələ də tapılmayıb.

H.B-nı sorğulayan kapitan A.S. isə bu hadisədən 1 il sonra boşanmış və psixoloji travma səbəbiylə təqaüdə çıxmışdır. Yenə eyni ildə İstanbula köçərək orda müalicə almağa başlamışdı. 2006-cı ildə isə 59 yaşında depressiya səbəbindən alnına güllə ataraq intihar etdi. Kapitanın qızı atasının ölümündən sonra onun şəxsi kassasını açmış və kassanın içində 3 zərf tapmışdı. Zərflərin birində ağ-qara şəkillər, ikisində isə itgin düşmüş jurnalist H.B.-ya aid bir qeyd dəftəri, 1989-cu ildə çap edilmiş qəzet parçaları və 3 ədəd video kaset vardı. Kasetlərin üzərində isə bu yazılmışdı: “Karadedeler hadisəsi 1989”.

İlk video jurnalistin kəndlilər ilə reportajı, 2-ci video polis idarəsində sorğu, 3-cü video isə 14 yaşındakı uşağın kənddə çəkdiyi görüntülər idi. Kapitan qızının kasetlərin şokunu atması bir neçə ilə davam etmiş, 2009-cu ildə isə maddi vəziyyətlərinin pisləşməsi səbəbiylə kasetləri satmışdır.

Onu da qeyd edim ki, bu film haqqında film də çəkilmişdir. Ən maraqlı məqam da ondan ibarətdir ki, filmdə heç bir aktyor oynamır. Görüntülərdəki şəxslər real həyatdakı insanlardı. Bu filmə baxaraq cinlərin nələr etdiyini jurnalistin özünü çəkdiyi real görüntülərdə görə bilərsiniz.

BU DA FİLM. HEÇ BİR AKTYORUN OYNAMADIĞI, REAL İNSANLARIN OLDUĞU, REAL HADİSƏLƏRİN BAŞ VERDİYİ GERÇƏK GÖRÜNTÜLƏR – KARADEDELER OLAYI. 

 

 

TREND XƏBƏRLƏR

loading…


325 total views, 1 views today

FİKİR BİLDİR
loading...