İş həyatında uğur qazanmaq üçün 7 Təklif

Dostlarınla Paylaş
loading…



1. Biliyinizi Paylaşın;
Məlumat və təcrübələrinizi həm iş yoldaşlarınıza həm də müştərilərinizə deyin. Məlumata çatmanın həm bu qədər asan, bir o qədər də çətin olduğu bu çağda bildiklərinizi özünüzə saxlamağınız işə yaramayacaq.
Bildiklərinizi paylaşmanızsa sizə prestij qazandırar, çünki bu “nə etdiyinizi bilirsiniz” və “başqalarına əhəmiyyət verirsiniz” deməkdir.

2. Obyektiv Olun;
Müştərilərinizlə danışarkən, iş yoldaşlarınızla yığıncaq edərkən ya da rəqiblərinizi analiz edərkən “obyektiv olun”. Özünüzü təlqin edib aldatmağa çalışmayın, çünki bu səhv istiqamətləndirməyə səbəb olacaq.
Və əmin olun ki qarşınızdakı insan bunu başa düşür və ilk itirəcəyiniz şey prestijiniz olacaq.

3. Müəyyən bir tərziniz olsun;
Sürüyə qapılmayın … Həm məktəb həm də iş həyatında hər kəsin sizinlə eyni darıxdırıcı təhsili aldığını unutmayın. Sizin fərq yaratmanız lazımdır. Zəkanızı, yaradıcılığınızı və çalışqanlığınızı işinizə əks etdirməkdən əsla imtina etməyin.
Mən bu işi belə edərəm deyin, müəyyən bir sisteminiz olsun və insanlar bunun fərqinə varsın.

4. Oxuyun!
İşinizlə əlaqədər ən məhşur kitab və nəşrləri təqib etməyə çalışın. Öyrəndiklərinizi iş yoldaşlarınızla, müştərilərinizlə paylaşın. İşinizlə bağlı ən son inkişafları təqib etmək sizə prestijdən daha da çoxunu qazandıracaq.

5. Müsbət və əyləncəli qalmağa diqqət göstərin
Problemlərinizi kimsəyə yansıtmadan və özünüzü itirmədən onlarla başa çıxırsınızsa bir çox insanın önündəsiz deməkdir.
Eyni zamanda işinizə əyləncə qatmağın yollarını tapa bilsəniz heyran qalınacaq bir profil yaratmaq qaçınılmaz olacaqdır.

6. Ünsiyyətinizdə davamlı tutun!
Əgər insanlar sizdən xəbərdar olmazsa, necə prestij sahibi olacaqsınız ? Network’ünüzdəki insanlarla ünsiyyətinizin azalmamasına diqqət edin, iş sahəsində ki, qiymətli məlumatları və inkişafları onlarla deyin.
Onlar üçün sektorda əhəmiyyətli bir insan olduğunuz qəbulunu ancaq belə yarada bilərsiniz.

7. İşinizə olan ehtirasınızı həmişə qoruyun!
Hörmət bəslədiyiniz və heyran olduğunuz bir işdə uğurlu ola bilməmə kimi bir şey söz mövzusu belə ola bilməz.
Bağlılığınızın itmədiyi müddətcə prestijiniz artan bir qrafikdə istiqamət tapacaq.

TREND XƏBƏRLƏR

loading…


457 total views, 2 views today

FİKİR BİLDİR