İnsan orqanizmi gecə ərzində hansı proseslərdən keçir. İdeal mexanizm

Dostlarınla Paylaş

İnsan orqanizmi çox mürəkkəb bir mexanizmdir. Nə qədər araşdırılsa belə hələ də sirrlər, müəmmalarla doludur. Sirr olmayan lakin çoxumuzun bilmədiyi maraqlı məsələlər də var. Bu gün onlardan danışacağıq. Gəlin görək gecə insan orqanizmi hansı proseslərdən keçir?!

22:00. Qanda leykositlərin sayı çoxalır. İmmunitet ona tapşırılan ərazini yoxlayır. Bədən temperaturu düşür. Bioloji saat “Yatmaq vaxtıdır” deyir.

23:00. Bədən daha da boşalır, rahatlaşır. Buna baxmayaraq hər bir hüceyrədə bərpa işləri gedir.

00:00. Beynimiz bizi şirin yuxulara verib özü gün ərzində əldə etdiyi məlumatları yerbəyer edir, rəflərə düzür.

01:00. Bu vaxtın yuxusu çox nanəcibdir. Ağrıyan diş, zədələnmiş bədən üzvü özünü biruzə versə, səhərə kimi yatmağa imkan verməyə bilər.

02:00. Bütün orqanlar istirahət edir. Tək qara ciyər bədəndə yığılan artıqları təmizləmək üçün “dəridən qabıqdan çıxır”.

03:00. Tam fizioloji durğunluq. Arterial təzyiq ən aşağı normada, nəbz və nəfəs seyrəkdir.

04:00. Beyin, minimal dərəcədən qanla təmin olunur və bədən hələ oyanmağa hazır deyil. Buna baxmayaraq, qulaqların eşitməsi yüksəkdir, ən kiçik səs belə sizi oyada bilər.

05:00. Böyrəklər və əzələlər dincəlir, maddələr mübadiləsi zəifdir, lakin orqanizm artıq oyanmağa hazırdır.

06:00. Böyrəküstü vəzlər artıq qana adrenalin və narodrenalin maddələrini buraxır. Bu maddələr təzyiqi artırır və ürəyi daha sürətlə döyünməyə vadar edir. Orqanizm oyanmağa hazırlaşır.

07:00. İmmun sisteminin pik saatı. Orqanizm tam oyanmağa hazırdır. Məhz bu vaxt dərmanlar orqanizm tərəfindən daha tez “həzm” olunur.

Gördüyünüz kimi, orqanizmimiz kiçik bir dünyadır. Bu maraqlı məlumatları dostlarınızla paylaşmağı unutmayın. Dəstəyiniz üçün təşəkkürlər!

loading…


744 total views, 3 views today

FİKİR BİLDİR