İngiltərədə yollar nə üçün soldan axar

Dostlarınla Paylaş

loading…


Əsrlər əvvəl yolun qarşısından gələnin düşmən olma ehtimalını göz önünə alaraq, insanlar (çoxu sağ əllərini istifadə etdikləri üçün) yolun solundan gedərək sol tərəflərini təhlükəsizliyə alar, sağ əllərini qılınclarını dərhal çəkəcək şəkildə hazır olardılar.
XVIII əsrin sonlarında ABŞda bir çox at arabalarında, sürücü oturacağı yox idi və sürücü ən arxada və soldakı atın üstündə otururdu. Bu da yolun solundan gedildiyində yolun idarəsini çətinləşdirirdi. Çox keçmədən ABŞda tıxac sağdan işləməyə başladı.
Fransız Qiyamı əsnasında, qiyamın liderlərindən Maximilien Robespierre, böyük bir ehtimalla Katolik kilsəyə meydan oxuyanlara bir jest olsun deyə, Parislilərdən yolların sağından getmələrini istədi. Bir müddət sonra Napoleon, ordularındakı avtomobillərin yolların sağından getmələri əmrini verdi və zəbt etdiyi hər ölkədə də bunu həyata keçirdi.
İngiltərə heç bir zaman Napoleon tərəfindən zəbt edilə bilmədiyindən İngilislər yolun solundan getmə vərdişlərindən imtina etmədilər. Avstraliya, Hindistan kimi bütün köhnə müstəmləkələrində də bu üsulu davam etdirdilər.

320 total views, 1 views today

FİKİR BİLDİR