İncəsənət sevərlər üçün 5 ən yaxşı otel

Dostlarınla Paylaş

Avropanın incəsənətsevərlər üçün 5 ən yaxşı art-otelini təqdim edirik:

“Le Negresco”, Nis

Fransanın Nis şəhərində yerləşən, dəbdəbəli eksteryeri və dekadent rokoko interyeri ilə seçilən “Le Negresco” oteli Monako şahzadəsi Qreys Kelli, “Beatles” qrupu, Salvador Dali kimi məşhurları qonaq edib. Otelin çəhrayı qübbəsi Qustav Eyfelin, divarlarındakı bənzərsiz əsərlər isə Fransua Buşe, Jan Kokto və Sonya Delonenin əməyidir.

 

Andaz Hotel, Amsterdam

Alisa möcüzələr ölkəsində” əsərindən təsirlənərək hazırlanmış otel əvvəllər şəhərin əsas kitabxanası olub. Marsel Uondersın dizayn etdiyi otelin divarlarından asılmış iri qaşıqlar və qızıl balıqlar sürrealist təsir bağışlayır.
Le Meridien, Vyana

Ənənəvi və müasir incəsənətin mükəmməl qarışığı olan otelin dizaynı Hişam Baroça, Sem Semor və Yan Leiyə məxsusdur. “Le Meridien Vienna”nı fərqləndirən cəhətlərdən biri yataqların arxasındakı divarlarda müxtəlif rəsmlərin canlanmasıdır.

 

The Beaumont, London

İngilis heykəltəraş Entoni Qormlinin əsərlərinə muzeylərdə əl vurmağa bəlkə də icazə verilmir, “The Beaumont”da isə qonaqlara bu dəyərli əsərlərlə birlikdə qalmaq imkanı yaradılır. Otel bu ilin avqust ayında yenidən istifadə veriləcək.

 

Hotel Arts, Barselona

1992-ci ildə İspaniyada keçirilmiş Yay Olimpiya Oyunları ərəfəsində tikilmiş “Hotel Arts” 483 otaqdan ibarətdir. Otelin qonaqları məşhur arxitektor Frenk Gerinin “Qızıl balıq” abidəsinə baxaraq günəşlənə bilərlər. Burada Joan Miro, Pikasso və Qaudinin əsərlərindən də zövq almaq olar.

246 total views, 1 views today

FİKİR BİLDİR