İki cümləlik qorxulu hekayələr tük ürpərdir

Dostlarınla Paylaş
  1. Telefonumda evdə yatdığım yerdə çəkilmiş şəklim var idi. Mən evdə tək yaşayıram.
  2. Mətbəxdən səni yemək yeməyə çağıran ananın səsini eşidirsən. Durub gedəndə arxandakı otaqdan “getmə oğlum, mən də o səsi eşitdim” deyə pıçıltı gəlir.
  3. Son gördüyüm o idi ki, saat 12:07-ni göstərirdi və kimsə məni boğurdu. Yuxudan ayılıb gördüm ki, saat 12:06-dır və otağımın qapısının cırıltısını eşitdim.
  4. Yuxudan oyananda ətrafda qəribə səssizlik, tam sükut var idi. Pəncərədən baxdım və hər kəs susub mənim evimə baxırdı.
  5. Şüşə döyülməsi səsinə oyandım. Döyülən pəncərə olduğunu düşünürdüm ikinci dəfə döyülmə səsi  güzgüdən gələnə qədər.
  6. Yoldaşımla uzanmışdıq və o məndən niyə belə möhkəm nəfəs aldığımı soruşdu. Mən isə normal nəfəs alırdım.
  7. Pəncərəmdən mənə gülən adam gördüm. 14-cü mərtəbədə yaşayıram.
  8. Həmin gecə meşədəki içində qəribə sifətlər təsvir olunmuş portretlərlə dolu evdə heç də rahat yuxuya getməmişdim. Səhər oyandıqda evdə portet yox pəncərələrin olduğunu gördükdən sonra bir daha heç vaxt rahat yuxuya gedə bilmirəm.
  9. Güzgüləri yerinə qaytar. Səni görmək üçün darıxmışıq.
  10. Gərgin iş günündən sonra rahatlamaq üçün evə gəlirsən. Əlini işığı yandırmaq üçün uzadanda, orada artıq başqa bir əl olur.

TREND XƏBƏRLƏR

loading…


480 total views, 1 views today

FİKİR BİLDİR
loading...