“Hitler salamı” verməyən adamın hekayəsi – August Landmesser

Dostlarınla Paylaş

Bu məşhur fotonun tarixi 13 iyun 1936-cı ili göstərir. Almaniya ordusunun güc nümayişi üçün Hamburq şəhərində keçirilən Horst Wessel adlı döyüş gəmisinin dənizə endirilməsi təntənəli surətdə qeyd edilirdi.

Mərasimin açılışında hamı Hitleri salamlayır. 1 nəfər cəsur adam istisna – August Landmesser

August Landmesser 1931-ci ildə iş tapmaq ümidiylə Nasist partiyasına (Nationalsozialistische Deutsche Arbeiterpartei, NSDAP) üzv olur və sonra Hamburqda bir limanda işə başlayır.

1933-ci ildə yəhudi əsilli Irma Eckler ilə tanış olması onun həyatında bir dönüş nöqtəsi olur. Sonrakı 2 il ərzində münasibətlərini ətrafdan gizli saxlayan cütlük sonda evlənmə qərarı verirlər və bu qərar hər şeyi dəyişir.

Cütlüyün evlilik planlarını öyrənən Nasist Partiyasının səlahiyyətliləri vəziyyətə müdaxilə edərək “Alman irqini pozacağı” səbəbi ilə izdivaca mane olurlar. Landmesser qərarı həzm edə bilmir və Nasist partiyasından ayrılır.

Landmesser və Eckler evlənməsələr də münasibətlərini davam etdirirlər və 1935-ci ildə onların ilk övladı dünyaya gəlir. Bundan sonra Lanmesser və ailəsinə daha çox təzyiq edilir.

13 iyun 1936-cı il həmin mərasimdə Hamı “Hitler salamı” verərkən August Landmesser. hadisələrə öz etirazını salam verməyərək göstərir. 1936-cı ildə Landmesserin 26 yaşı var idi.

1937-ci ildə Ecklerin hamilə qalması ilə cütlük vəziyyətlərinin daha da çətinləşəcəyini düşünüb, Danimarkaya qaçmağı planladı. Planı həyata keçirərkən cütlük sərhəddə nazilər tərəfindən həbs edildi. Landmesser “İrqinin şərəfinə ləkə sürmək” maddəsi ilə həbs edildi və Eckler ilə görüşməsi qadağan edildi.

1 il sonra dəlil yetərsizliyindən Landmesser həbsdən azad oldu amma hələ də qadağa davam edirdi. Amma Landmesser bu qadağanı da pozur və bu dəfə 3 illik Börgermoor kampına göndərilir və bu tarixdən etibarən bir daha heç vaxt xanımını və qızlarını görə bilmir.

Eckler Gestapo tərəfindən tutulur və Fuhlsbüttel həbsxanasına salınır. Müxtəlif kamplara göndərilən Irma Eckler 1942-ci ildə 14 000 adamın öldürüldüyü Bernburg Euthanasia kampında öldürülür.

August Landmesser isə 1941-ci ildə həbsdən azad edilir. 1944-cü ildə isə zorla müharibəyə göndərilir və Xorvatiyada savaş zamanı ölür.

Cütlüyün övladları uşaqlar evinə verilir, hazırda həyatdadılar.

Hekayə bitdi – Landmesser və Ecklerin həyatları kimi

İçlərində Hitler sevgisi olan gənclərimizə səslənirəm. Əldə edə bilməyəcəyiniz gücə düşünmədən sitayiş edirsiniz. Bu insan, bu insanın ideologiyası, qərarları, planları milyonlarla günahsız insanı bir-birindən ayırdı, onlara dəhşətli günlər yaşatdı və sonda öldürdü. Məsələ təkcə yəhudilər deyil. Onlar sadəcə almanlara göstərilən ilk hədəf idi. Bir gün bitəcəkdi və sıra digər xalqlara, eləcə də bizə gələcəkdi.

562 total views, 4 views today

FİKİR BİLDİR