Hər kəsin bildiyi və heç kəsin bilmədiyi bir reallıq – Ölüm.

Dostlarınla Paylaş

Əgər dünyada varlığı hər kəs tərəfindən qəbul olunan və müzakirə olunmaz bir neçə şey varsa bunlardan biridə ölümdür. Hər kəs bir gün müxtəlif şəkildə, müxtəlif yerlərdə həyatdan gedir. Biz bugün ölüm haqqında çoxunun bilmədiyi bir neçə maraqlı faktı sizlə paylaşmaq istəyirik.

İnsan can verdiyi zaman ən axırıncı eşitmə hissiyatı sıradan çıxır. İlk növbədə yox olan isə görmə və toxunma hissiyatıdır.

Hər 40 saniyədən bir dünyada kimsə intihar edir.

“Kotard sindromu” olan insanlar yaşadıqları halda özlərini ölü zənn edirlər. Kotard sindromu haqda video aşağıdadır.

Elm insanları, ölüm anında insanların şüurunun nə qədər açıq olduğunu və o saniyəlik zaman müddətində nələr reallaşdığını araşdırır. Araşdırmaların nəticəsində ölümün tək bir ana aid bir şey olmadığı, davam edən bir proses halında reallaşdığı ortaya çıxdı. Yəni “həyatım bir film kimi gözümün qarşısından keçdi!” sözünün doğruluğu bir mənada sübut oldu.”Ölüm Sonrası Əslində Nə Olur” kitabının yazıçısı Dr. Sam Parnia və ölüm sonrası “şüuru” araşdıran mütəxəssislər, bir an üçün o biri dünyaya səfər edən insanların izah etdiklərinə elmi şərhlər gətirməyə çalışır.
Təcili müdaxilə əsnasında şüurlarının açıq və olan bitəndən xəbərdar olduqlarını ifadə edən xəstələrin ifadələri üçün Doktor Parnia, bu cür vəziyyətlərin ölüm sonrasını öyrənməklə yanaşı  həkimlərə təcili müdaxilə praktikası etmə şansı verdiyinə inanır. Kliniki ölümdən dönən xəstələrin bir çoxu şüurlarının açıq olduğunu və onları geriyə qaytarmağa çalışan həkimləri yuxarıdan izlədiklərini iddia edirlər. Elm adamları bu iddiaya ciddi yanaşmasalarda həkimlərin xəstəni geriye qaytarmağa çalışarkən istifadə etdikləri elektroşokların şüura təsir edib etmədiyini araşdırmağa davam edirlər.

loading…


1,213 total views, 2 views today

FİKİR BİLDİR