Günəş sistemindəki ən dərin uçurum: Verona Rupes

Dostlarınla Paylaş

27 peyki və çox incə halqası olan Uran planeti, öz-özlüyündə Günəş Sistemini xatırladır. Böyüklüyündən əlavə, ovsunlayıcı və əsrarəngiz bir sistemə malikdir. Uranın 5 böyük peykindən ən kiçiyi olan Miranda, bu ovsunlayıcı diyarın ən təəccüblü fərqini ortaya qoyur.
 
16 Fevral 1948-ci ildə Gerard Kuiper tərəfindən kəşf edilən, Günəş Sistemindəki heç bir göy cisminə bənzəməyən və bu xüsusiyyəti ilə digərlərindən fərqlənən 470 km. radiusa malik Miranda haqqında hələ çox dəqiq məlumatlara sahib deyilik. Qeyri-adi səthi və quruluşu ilə, bu qəribə peyk Günəş Sisteminin ən maraqlı peyklərindən biridir. Mirandanı xüsusi edən bir çox fərqlilik olmasına baxmayaraq, onun şöhrətini artıran ən əhəmiyyətli xüsusiyyəti; Günəş Sisteminin ən dərin uçurumuna ev sahibliyi etməsidir.
 
Uçurumun necə meydana gəldiyi tam olaraq bilinməsə də tektonik səth hərəkəti və ya çox şiddətli toqquşma ehtimalı üzərində möhkəm dayanılır. Kanadada yerləşən və planetimizin ən yüksək uçurumu olan Thor dağından dəfələrlə böyük olan nəhəng dərinliyin 20 km olduğu təxmin edilir!

218 total views, 3 views today

FİKİR BİLDİR