Göz yaşı nədir?

Dostlarınla Paylaş

Sevincli anlarımızda, kədərli zamanlarda göz yaşlarımızı tuta bilmirik. Səbəbləri çox dəyişik olsa da bütün bu kimi hadisələr qarşısında gözlərdən axan damlalar ruhi bir boşalma təmin edir.

İnsan ağladıqca açılır, özünü bir az daha gümrah hiss edir. Gözlərimizə davamlı gözyaşı ifraz olunur. Bu göz qırpmamız gözlərimizi qoruyur və davamlı nəmli qalmasını təmin edir.  Gözümüzdə mükəmməl bir göz yaşı daşıma və boşaltma sistemi vardır.

Təxmini hər 6 saniyədən bir göz qırpılması əməliyyatı təkrarlanır. Bu 60 il yaşayan bir insanın bütün ömrü boyunca 250 milyondan çox göz qırpması mənasına gəlir.

Göz qapaqlarının gözə zərər vermədən açılıb bağlana bilməsi də göz yaşının yaratdığı sürüşkənlik sayəsində reallaşır. Göz yaşının 98,2 %-i  sudur. Geri qalan qisimdə duzlar və digər maddələr toplanır.

Bundan başqa soğan doğrayarkən və ya manqal yandırarkən tüstünün gözümüzə təsiri nəticəsində tökdüyümüz yandırıcı göz yaşları və kədər, həddindən artıq sevinc və ya bənzəri gərginliklərimizə reaksiya olaraq tökdüyümüz ruhi göz yaşları vardır.

Ruhi ağlama mövzusunu ilk araşdıran Darvin oldu. Təbii hər şeydə olduğu kimi bunu da təkamül nəzəriyyəsi ilə əlaqələndirdi. Ona görə ruhi reaksiya və ağlama bir davranış şəklinin bütünü idi. Təkamül müddətində mənasız bir funksiyası olan göz yaşı önə çıxdı. Göz yaşının rahatlama fuksiyasını yerinə yetirdiyi anlaşıldı.

1,630 total views, 6 views today

FİKİR BİLDİR