Google’un az bilinən gizli əyləncəli özəllikləri

Dostlarınla Paylaş

loading…


Google web saytı haqqında bilmədiyiniz maraqlı məlumatlar İnternet məkanında Azərbaycan dilində ilk dəfə olaraq Kayzen.az saytında yayımlanır. Müəllif və mənbə qeyd olunması şərtdir.!

1 ) Ən tək rəqəm hansıdı? –  Google-dən çətin suallar soruşmaqdan çəkinməyin. Məsələn «What is the loneliest number» (ən tək ədəd hansıdı) yazdığınız zaman Google hesab maşını, sizə «1» cavabını verəcək.

2 ) Askew –  Google -də «Askew» ya da «tilt» sözlərini axtarışa verin, səhifənin bir az yana yatdığını hiss edəcəksiniz. 

3 ) Google Gravity- «Google Gravity» yazın və «Mən şanslıyam » düyməsinə basın. Səhifədəki bütün elementlərin yerin cazibə qüvvəsinə məğlub olduğunu, yerə düşdüyünü görəcəksiniz. İstəsəniz mause-siçanınız ilə bu söz-fiqur yığını ilə oynaya bilərsiniz.

4 ) Recursion: “Özünü sonsuz olaraq təkrar etmə” mənasında olan bu sözü axtardığınız zaman, Google sizə eyni axtarışı etmənizi təklif edir.

5 ) Chuck Norris hardadı?- «Where is Chuck Norris?» yazaraq axtarış etdiyiniz zaman sizi www.nochucknorris.com saytına istiqamətləndirərək «Google Chuck Norrisi axtarmayacaq, çünki siz Chuck Norrisi tapa bilməzsiniz, o sizi tapar.» mesajı ilə qarşılaşacaqsınız.

6 ) Və Son Olaraq, Googlenin xidmətlərindən biri olan Youtube’dən video izləyərkən irəli — geri — üst — alt düymələrini sürətli şəkildə basaraq ilan oyunu oynaya bilərsiniz…

TREND XƏBƏRLƏR

loading…


588 total views, 1 views today

FİKİR BİLDİR