Facebook’un yeni oyun platformu “Gameroom” nədir?

Dostlarınla Paylaş

Facebook son zamanlar bir çox yeniliklərə imza atır. Və daima yenilik axtarışındadır. Bu dəfə isə oyun sahəsinə girməyi fikirləşir. Beləliklə, gələcəkdə Steam‘a rəqib ola biləcək bu yenilik, Gameroom adlı oyun platformasıdır. Bu platform sayəsində istifadəçiləri Facebook oyunlarını Steam-a bənzər tətbiq olan, Gameroom-dan əldə edəcəklər.

Facebook bu “Gameroom” adlanan bu platformanı, avqust ayında bu sahədə ortağı olan Unity ilə birlikdə mediaya bildirmişdi.
Bütün istifadəçilərin Facebook üzərindəki oyunlarını özündə cəmləşdirən bir tətbiq olan “Gameroom” ilə istifadəçilər, oyunlarını kompüter daxilində, ayrı bir tətbiqdə saxlamaq fürsəti əldə edəcəklər.
Hələ ki, beta mərhələsində olan və özündə çox oyunu cəmləşdirə bilməyən Gameroom, eynilə Steam‘ın 2009 ilindəki vəziyyətinə bənzəyir. Maksimum 200 MB həcmində olan oyunların yer aldığı platformada, istisna olaraq bəzi özəl oyunlar üçün 500 MB yer ayrılacağı mümkün olacaq.
Facebook xüsusilə Orculus Rift səbəbiylə, yaxın gələcəkdə çox böyük oyunçu kütləsinə sahib olacağını  və bu kütləni idarə edə bilmək üçün Gameroom-un əhəmiyyətli bir platforma olacağını düşünür. Buradan da belə başa düşmək olar ki, Steam, Origin kimi nəhəng oyun platformalarına yeni rəqib gəlir.
Mənbə: Texno.Biz

378 total views, 2 views today

FİKİR BİLDİR