Yay mövsümünə uyğun ən yaxşı kişi ətrləri

Dostlarınla Paylaş

1.  BLEU DE CHANEL Men’s Cologne

 

“Chanel”-dən yeni kişi ətri. Yeni olmasına baxmayaraq artıq sevilən ətirlərdən biridir. Ağac və sitrusun vəhdəti, sizi fərahlıq, təmizlik və həssaslıq hisslərinə qərq edəcək. Online qiyməti 72 dollardan başlayır.

loading…


2. John Varvatos ‘Artisian Blu’

Yaz-yay mövsümü üçün ideal ətirlərdəndir. Əsas çaları berqamot olan bu ətir özündə Misir ətirşahı, portağal çiçəyi, sidr və paçuli ağaclarının təravətli qarışığını birləşdirir.

3. Dior ‘Sauvage’ Eau de Toilette

Əsas tərkib Cənubi İtaliya bergamotu. Bundan başqa keşniş toxumu və ambroksan  çalarları duyulur. Təxmini qiyməti 65 $.

4. Hermès Terre d’Hermés Cologne.

 

Mövsümün ən çox satılan ətirlərindəndir. Özündə qreypfrut, mineral və yaşıllıq notları birləşdirən ağac tərkibli ətirdir. Ətri 128 dollardan başlayan qiymətlərlə ala bilərsiniz.

5. Clean “Shower Fresh for Men”

 

Yaz- yay keçid mövsümü üçün ən mükəmməl seçim. Xoşbəxt anlarda özəl olmaq üçün bu ətri seçə bilərsiniz. Ətir sizə duşdan sonrakı fərahlığı bəxş edəcəkdir. Qiyməti 74 $.

6.Tom Ford Private Blend ‘Neroli Portofino’

 

Berqamot, limon, naringi, lavanda, Misir yasəməni və ağac ətrinin möhtəşəm balansıdır. 220 dollarınızdan keçərək bu ətirə sahib ola bilərsiniz.

 

7.Dolce & Gabbana Velvet Bergamot

 

Özündə ekzotik abelmoş toxumlarının və vetiveranın zəngin çalarlarını əks etdirir. Sizi Siciliya yayının xüsusiyyətləri saracaq.

8.  Acqua di Parma ‘Blu Mediterraneo’ Fico di Amalfi

 

Aqua ətirləri sevən biri kimi bunu mütləq yoxlamalıyam. Bu ətri əmələ gətirən qreypfrut, berqamot, limon, yasəmən və xurma ağacının notlarıdır. Ətir əsl enerji mənbəyi və fərahlıq nümunəsidir.

9.  Creed ‘Aventus’

 

Rastaşdığım insanlar arasında kifayət qədər “Aventus” sevən var. Creed Aventus everniya, ənbər və fransız vanilinin qarışığı ilə səciyyəvidir.

10.  Issey Miyake Cologne

 

Bu ətrdən istifadə edən biri kimi onu deyə bilərəm ki, dəfələrlə məndən “Bu hansı ətrin qoxusudur?” deyə soruşublar. Özündə ağac, meşə fərahlığı ilə yüngül ədviyyat miksini təcəssüm etdirir.

11. Acqua di Gio

 

Bu kişi ətri janrın klassikasıdır. Azərbaycanda çətin ki bir dəfə də olsun istifadə etməyən kişi tapasınız. Həqiqətən ətir satıcılarının da dediyi kimi ən çox alınanlardandır. Dəniz ətri, müxtəlif meyvə və ədviyyat ətirləri fərqləndirən cəhətləridir.

 

Siyahı http://www.brostrick.com/ saytının siyahısından götürülüb.

129 total views, 2 views today

FİKİR BİLDİR
loading...