Ən təhlükəli 13 idman növü

Dostlarınla Paylaş
Kliff dayvinq.

Bu idman növündə iştirakçılar yüksək qayalıqlardan suya tullanırlar. Elə bu izahat kifayət edir ki nə qədər təhlükəli olduğunu təsəvvür edəsən. Son zamanlar artıq həvəskarlar deyil, professional idmançılar da kliff dayvinqə meyl edir. Yenilik etməkdən də çəkinmirlər. Belə ki, qayalardan əlavə təyyarə və vertolyotlardan suya tullananlar da az deyil.

 

Big Wave Surfing.

Professional sörfçülər hər ilin qış aylarında Havaidə toplaşırlar. Sürf taxtası və sürəti 80km/saata çatan skuterlərlə 12 metrdən hündür dalğaları ram edirlər. Videoya baxsanız nitqiniz tutulacaq.

 

Ensyerro

Məkan Pamplona, İspaniya. Sen-Fermin bayramı. Bayram vaxtı səhər 8-də korrida iştirakçısı olan öküzlər stadion istiqamətində yola buraxılır. Adamlar isə onlardan öndə qaçırlar. Qəfl azadlıqdan gözləri dönmüş öküzlər hər il qan tökməsə əl çəkmir. Yəqin bu da onların intiqamıdır. Açığı məncə bu “İspan əyləncəsi” əsl vəhşilikdir

 

Cage diving.

Öz dilimizdə desək, qəfəsdə suya dalma. Ən çox Avstraliyada yayılıb. İnsanlar qəfəsə daxil olur və ağ köpək balıqlarının yemi olmaqdan tək o qəfəslə ayrılır. Qiyməti isə 2000-3700 ABŞ dolları. Təsəvvür edin buna hələ pul verən də var.

 Rafting

Türkiyədə istirahətdə olmusunuzsa ehtimal var ki, sizə raftinq təklif ediblər. Mənə də ediblər, yaxşı ki razılaşmamışam. Düzdü Nepaldakı raftinq qədər təhlükəli olmasa da, bəxtimi sınamaq istəmədim. İndi baxıram ki, ən təhlükəli idman növləri siyahısında imiş. Yaxşı qurtarmışam.

 

Sky Diving

Bildiyim qədəri ilə, Azərbaycanda da skaydayving, paraşutla tullanma idmanı mövcuddur. Amma inanmıram ki, 5000 metr hündürlükdən olsun. Mən bulvardakı karusellərə güclə minirəm camaatda kefə bax.

 
Bungee-Jumping.

Bu idman növünü də bildiyimə görə vətənimizə gətirmək istəyiblər lakin, hələlik uğursuz alınıb. Gətirsələr bilirəm ki onun da həvəskarları tapılacaq. Sizi dartılan trossla bağlayıb atırlar üzü aşağı. Düşmə sürəti 200Km/saata qədər çatır. İnanın heç maşında o sürətlə gedə bilməmişəm, heç istəmirəm də.

Parkur.

Hamımızın “13-cü rayon” filmindən tanıdığımız David Belle tərəfindən yaradılıb. Sadaladığımız digər idman növlərinə baxanda təhlükəsiz görünsə də, əslində heç də elə deyil. Nə qədər gənc çox ciddi xəsarətlər alaraq xəstəxanalıq olub.  İzləyəcəyiniz video sözlərimin sübutudur.

Buzlaq alpinizmi.

Standart alpinizmdən fərqli olaraq, buzlaq alpinistləri heç də qısaqol köynək və şortlarda dağlara dırmanmırlar. Qışın oğlan çağında, altdan geyinizb üstdən qıfıllanıb, donmuş şəlalələrə, çıxmağa çalışırlar. Əsas alətləri xüsusi qarmaq çəkiclər və iynəli ayaqqabılardır.

Rodeo.

Rodeonun bir neçə növü olsa da ən çox yayılmışı vəhşi öküz üzərində qala bilməkdir. Öküz qabaq ayaqları üzərində hoppansın deyə ona xüsusi kəmər bərkidirlər. Kovboy ən az 8 saniyə ərzində onun üzərindən düşməməklə yanaşı öküzün bütün potensiyalını ortaya qoymalıdır.

Deltaplan

Katerlərin arxasınca buksirlə dartılmaqdan, kiçik hündürlüklərdən tullanmaqla başlayan deltaplan, artıq kilometrlərlə yolun qət edildiyi idman növünə çevrilib. Bu gün artıq demək olar ki hər deltaplan 120 km/saat dürətini keçir. Bəzi hündürlüklərdə uçuş xüsusi avadanlıqlar tələb edir. Məsələn xüsusi balon olmadan 5000 metr hündürlükdə uçmaq çox təhlükəlidir.

Sleklayn

Bizim dildə kəndirbazlıq. Amma onlarda bu qayaları birləşdirən kəndirlər olur. Belə hündürlüklərdə sığortalanmaq mütləqdir. Əksini özünüz də düşünə bilirsiniz.

Vinqsyut

Mənə görə siyahıdakı ən təhlükəli idman növü məhz Vinqsyutdur. Qollar və ayaqların arası xüsusi materialdan tikilmiş bu kostyumla, bəzi məlumatlaa görə 200 km/saat-dan yuxarı sürət yığmaq olur. Deyirlər ki, paraşutdan fərqli olaraq Vinqsyuta öyrəşmək olmur. Hər dəfə o qorxu hissini mütləq yaşamalısan.

loading…


995 total views, 2 views today

FİKİR BİLDİR