Ən dəyərli 5 elmi kitab

Dostlarınla Paylaş

Aşağıda adını sayacağımız kitablar oxuduqca oxumaq istəyəcəyiniz, bilmədiyiniz yüzlərlə informasiyanı öyrənəcəyiniz, bəzən yaşadığımız dünyadan uzaqlaşıb səmaya, kosmosa qalxacağınız bir sözlə oxumağa doymacağınız növdəndir.

1. Çarlz Darvin – Növlərin Mənşəyi. Bu kitabda  Darvin yarandığı gündən bəri diqqət mərkəzində olan, saysız müzakirələrin hədəfi olmuş təkamül nəzəriyyəsini təbii seçmə ilə izah edir.

 

2. Stiven Hokinq – Möhtəşəm Dizayn. Dünyanın ən böyük elm adamlarından biri olan Stiven Hokinqin bu əsərində kainat, Allah, yaradılış kimi bir çox mövzular ələ alınmışdır.

 

3. Karl Saqan – Kosmos. Karl Sagan “Voyager qızıl valı” adlı məqaləmizdədə haqqında bəhs etdiyimiz kosmos, astronomiya sahəsində dünyanın yetişdirmiş olduğu ən böyük alimlərdəndir. Onun ən məşhur kitabı olan “Kosmos”-da isə o kainat, işıq sürəti və bir çox astronomik, kosmosla bağlı olan informasiyanı sadə dillə elə izah edirki oxuyan hər bir kəs bunu rahatlıqla dərk edə bilir.

 

4. Stiven Veinbörq- İlk Üç Dəqiqə. Nobel mükafatçısı Stiven Veinbörq-ün yazdığı bu kitapda Big Bang (Böyük Partlama) haqqında çox ətraflı informasiyalar verilmiş və bu mövzu ilə bağlı bir çox məsələyə aydınlıq gətirilmişdir. Kitab 1979-cu ildə yazılmağına baxmayaraq hələdə öz aktuallığını saxlayır.

 

5. Riçard Dokinz- Əcdadların hekayəsi. Dünya üzərində yaşayan ən tanınmış ateistlərdən biri olan Dokinz elm aləmindədə öz sözünü demiş, hörmət edilən alimlərdən biridir. Bu kitabında isə Dokinz yaşamın tarixini araşdırır, haradan gəlmişik, necə yaranmışıq kimi suallara cavab axtarır. Yazma qabiliyyətinə görə o ən böyük mükafatlardan biri olan Şekspir mükafatına layiq görülmüşdür.

loading…


210 total views, 1 views today

FİKİR BİLDİR
loading...