Dünyanın ən kreativ 10 heykəli

Dostlarınla Paylaş

Rəsmlərdəki mənaları anlamaq üçün bəzən müəyyən biliklərin, fantaziyan olmalıdır. Heykəllər məsələsində isə məncə məsələ bir qədər fərqlidir. Ən azından bizim siyahıdakı heykəllər.

1. Qızılbalıq heykəli. Portland, Oreqon, ABŞ.
Bu maraqlı balıq heykəli Portlandda mövcud 676 turistik yerlərdən 32-cisi hesab edilir.

2. Anonim insanların heykəli. Wraclaw, Polşa.
Heykəl Polşada uzun illər movcud olan zalım kommunist rejimi, uzun illər zülmə məruz qalmış, öldürülmüş, həbs edilmiş, zərər görmüş kəslərin ruhlarını ifadə edir.

3. Zəncirləri qır. Filadelfiya, Pensilvaniya, ABŞ.
Zenos Frudakis bu heykəli yaratdığı zaman bütün bəşəriyyətdə ümumi dil tapa biləcək bir obrazı yaratmağa çalışmışdır. Əvvəl-axır hər birimiz mövcud olduğumuz vəziyyətdən yorulub  zəncirlərimizi qırıb yeni həyat axtarışına çıxacağıq.

4.Qorxunc məxluq heykəli. Klaipeda, Litva.
Sudan çıxan qorxunc heykəldən təşvişə düşməyin. Bu qorxunc məxluq Litvanın ən qədim şəhəri olan Klaipedanın simvolik xəzinəsidir.

loading…


5. “People of the river” heykəli. Sinqapur.
Dünyanın ən kreativ heykəllərindən biri kimi tanınır.Heykəl çaya tullanan uşaqları əks etdirir. Chong Fah Cheonq öz əl işi haqqında deyir. ” Mənim incəsənətin bu növündə yaradıcılığım, ən əsas da heykəltəraşlıq məni kəskin maarifləndirir.”

6. Mal-qara sürüsü. Dallas, Texas, ABŞ.
Heykəl üç atlı kovboy tərəfindən mühasirəyə  alınmış iri buynuzlu bürünc mal-qaranı təsvir edir.

7. Düyünlənmiş tapanca. Nyu-York. ABŞ.
Siz bu heykəli zorakılığa qarşı yaradılmış bir nümunə kimi şərh edə bilərsiniz. Tapancanın ucundakı düyün günümüzdə baş verən ölüm və zorakılığa qarşı bir simvol kimi əks etdirilir.

8. Nelson Mandela . Cənubi Afrika.
Nelson Mandela bir çoxları tərəfindən idol kimi qəbul olunmuş şəxsdir. Cənubi Afrika höküməti tərəfindən verilən bəyənata əsasən bu heykəl bir insandan daha çox  tarixi bir şəxsiyyəti təmsil edir.

9. Gərgədan heykəli. Taypey. Tayvan.
Gərgədanların hücumu. Bu gərgədanlar sanki canlanıb asfaltdan çıxır.İnsanlar  uzaq məsafələr qət edib bu möhtəşəm mənzərənin şəklini çəkmək üçün axışıb gəlir.

10. Dövlət kitabxanası həyətində batan bina. Melburn. Avstraliya.
Sanki qum tərəfindən udulan bu bina kitabxanaya daha çox oxucu cəlb etmək üçün əla ideyadır.

675 total views, 2 views today

FİKİR BİLDİR