Dünyanın ən ağıllı insanı Michio Kaku: “Uşaqlarda 10 yaşa diqqət edin!”

Dostlarınla Paylaş

Prof. Dr. Michio Kaku dünyanın ən ağıllı insanı olaraq tanınır. Uşaqlara texnologiyanı öyrətmək lazım olduğunu söyləyən Kaku, uşaqlarda internet qadağalarına qarşıdır. Bir də 10 yaşa diqqət etməli olduğumuzu deyir.

Yazdığı kitabları satış rekordları qıran “dünyanın ən ağıllı insanlarından biri” olaraq tanınan fizik və futurist Prof. Dr. Michio Kaku Türk Təhsil Dərnəyinin (TED) “Türkiyə’nin Gələcəyinə İnanırıq: Gələcəyi oxuyuruq” başlığıyla təşkil edilən IV. Beynəlxalq Təhsil Forumu’ndaki məruzəçilərdən biri idi.

Kaku ilə gələcəyin təhsil sistemini və peşələrini danışdıq. Kaku’ya görə bir çox peşəni gələcəkdə robotlar edəcək amma müəllimlərin əlindən işini ala bilməyəcəklər.
Buyurun, Kaku’nun başda təhsil olmaq üzrə gələcəklə əlaqədar dedikləri…

10-16 YAŞ GƏLƏCƏYİ MÜƏYYƏN EDİR:

Hamımız əslində doğuşdan elm adamıyıq, “Niyə?” deyə soruşarıq. Uşaqların gələcəyi 10 yaşında başlayır. Bu yaşda ana atanın xaricində başqa həyatları kəşf edir, maraq başlayır. Amma proses 16 yaşında dayanır, elmi maraq bitir. Birinci səbəb yoldaş təzyiqidir: “İnəkmi olacaqsan? Niyə futbol ulduzu ya da pop star olmursan?” bənzəri tərzdə şeylər deyirlər. İkinci səbəb əzbər əsaslı təhsildə elmin darıxdırıcı gəlməsidir. 10-16 yaş arasında uşaqlara ilham vermək, rol model tapmaq, elmi marağını öldürməmək və həyəcanlandırmaq lazımdır ki bu maraq bütün həyatı boyunca davam etsin.

Təhsil sistemi 1950-də:

Təhsil sistemi 1950-ci illərdə necə yaşaya biləcəyimizi çox yaxşı öyrədir amma gələcəkdəki dəyişikliklərə necə ayaq uyduracağımızla bağlı məlumat vermir.

Tələbə göz qırpıb məlumat alacaq

Məlumata hər kəs çata biləcək. Planşetlər, dərs kitabları qalmayacaq. Google eynəkləri kimi kontakt linzalar olacaq. Tələbələrə ‘göz qırpma’ ilə bütün məlumatlara çatacaq. Bu da təhsili alt-üst edəcək. Tələbə düsturları əzbərləmək məcburiyyətində qalmayacaq. Bütün dərsliklər üç ölçülü olacaq. Əzbər aradan qalxacaq. Buna görə müəllim çox əhəmiyyətli olacaq. Müəllim bələdçilik edəcək, yol göstərəcək, mentor olacaq.

Məktəblər və siniflər olacaq:

Tələbənin ‘dərs qaçırdım’ bəhanəsi olmayacaq. Dərs otağının divarına əks etdiriləcək. Qaçırdığınız dərsdə anlamadıqlarınız onlara, robot-müəllim(ə) izah edəcək. Amma gerçək müəllimlərin yerini şagirdləri anlaya bilmədikləri, mentorluk edə bilmədiyi üçün tuta bilməyəcək. Məktəblər, siniflər həmişə olacaq. Uşaqlar məktəblərdə həm internet, həm də ictimai bacarıqları öyrənirlər.

İnterneti qadağan etməyin:

İnternetdən uşaqları məhrum buraxsanız ictimai olaraq müvəffəqiyyətsiz olurlar. Həm köhnə üsulla yəni digər uşaqlarla birlikdə olub, qısqanclıq, paylaşma, döyüş kimi insani duyğuları sosyallaşaraq yaşamalıdır. Həm də sosyal medianı öyrənməlidir.

Universitet diplomu:

Gələcəkdə universitet diplomu daha əhəmiyyətli olacaq. Diplomu olmayanların maaşı üçün tavan olacaq və bunu keçə bilməəcəklər. Varlıq və rifah texnologiyadan və elmdən gələcək.

Ən böyük universitet iCloud olacaq:

Gələcəyin ən böyük universiteti iCloud (bulud) olacaq. İndiki vaxtda belə MIT ya da Stanford’daki dərslərə internetlə əldə edilə bilinir. Amma e-təhsili buraxanların nisbəti yüzdə 90%-dir. Çünki burada ev tapşırığı, qiymətləndirmə, istiqamətləndirmə, hətta yoldaş təzyiqi yoxdur. Onlara bələdçi edəcək kimsə yoxdur. Təhsildə müvəffəqiyyət üçün ünsiyyət, fərdi toxunma şərtdir. Buna görə işdə müəllimlər həmişə olacaq.

Robotlar müəllim(ə)lərin işini əlindən ala bilməyəcək:

Özünü təkrarlayan işlər yəni brokerlik, agentliklər kimi peşələr robotlar tərəfindən ediləcək. Amma çöpçülük, bağbanlıq, polislik, tikinti işçiliyi kimi peşələr gələcəkdə həmişə olacaq. Yaradıcılıq, xəyal gücü tələb edən mövzularda robotlar çalışa bilməyəcək.

Ağıl gələcəyi görə bilməkdir:

Zəkanın IQ və ya atanızın puluyla əlaqəsi yoxdur. Zəka gələcəyi görmək, gələcəyi dizayn etmək deməkdir. Müvəffəqiyyətli və ağıllı insanlar, 10 il, 20 il sonrasını düşünür. Daha az ağıllılar ‘İndi nə edə bilərəm?’ deyər, qısa müddətlidirlər.

Hisslərinizi də SMS olaraq göndərə biləcəksiniz:

Gənclər hər şeyi Facebook’a yükləyir. 15-20 il içində hiss və xatirələr da SMS olaraq göndərilib, ictimai mediada paylaşılacaq. İlk istifadəçilər uşaqlar olacaq. Bu gün Yaponiyada gənclər partiyada qulaqlıq taxır, sizlə maraqlanan varsa qulaqlıqlar aşağı yuxarı enib çıxır.

Mənbə: Habertürk

Tərcüməçi: Bilal Əşrəfov

loading…


378 total views, 2 views today

FİKİR BİLDİR