Dünya canlılardan əvvəl necə olub

Dostlarınla Paylaş

YOUTUBE KANALIMIZA ABUNƏ OLUN
https://www.youtube.com/channel/UCorI8Uipyy2-1V5Bf38LS9g

 

Videonun mətni:
Yer Canlanmamışdan Öncə Necə idi
Dünya Canlılardan Əvvəl Necə olub
Dünyada Canlılar Yaranmamışdan Əvvəl Necə İdi
Dünya Canlılar Yaranmamışa Qədər Necə Olub

Üfüqdə göz ala bildiyi qədər uzanan su kütlələri. Dalğaları qıran nə bir torpaq parçası, nə də hər hansı bir sahil, yalnız içində karbon tüstüsü ehtiva edən vulkanlar və 4 milyard il əvvəl demək olar ki bütün yer üzünü örtən böyük bir okean.
Dünya hələ dincliyə və sakit bir mühitə qovuşmuş bir yer deyil. Okeana düşən meteor yağışları və asteroidlər bütün dünyaya yayılan böyük şok dalğaları meydana gətirir. Bu kosmik bombalamaların gətirib çıxardığı yüksək və qovurucu temperatur dənizləri qaynadaraq nəhəng su kütlələrini buxarlar halında atmosferə yüksəldir.
Bu kosmik vuruşmalar arasında qalan müddətdə isə şiddətli qasırğalar əsir və yüksək gərginlikli milyonlarla şimşək və ildırım atmosferi titrədir. Bu dövrdə çox yaxın bir orbitdə Yer ətrafında dönən və gecələr səmada böyük bir həcmdə görünən Ay, planetimiz üzərində böyük bir cazibə qüvvəsi meydana gətirir və bunun meydana gətirdiyi dalğaları da bütün yer üzündə oynadır.
Ay isə bundan daha əvvəl, təxminən 500 milyon il əvvəl, başqa bir göy cisminin Yer ilə toqquşmasından meydana gəlib və planetimizə yalnız 20.000 km uzaqlıqdakı bir orbitdə fırlanır. Lakin gələcək bir neçə milyard il ərzində kiçik addımlarla orbitindən uzaqlaşmağa başlayacaq.
Bu dövrdə atmosfer çox az nisbətdə oksigen ehtiva edir və karbondioksid və digər zəhərli qazlarla doludur. Günəş isə bu sis pərdəsinin arxasında yalnız çox zəif bir şəkildə parlasa da yer üzünə ölümcül ultrabənövşəyi şüaları yayır. Bu cəhənnəm bənzəri planetdə yaşayan heç bir canlı tapıla bilməz.
Yer bu dövrdə yalnız enerji və metallar, duzlar, minerallar kimi cansız maddələrin təyin və idarə etdiyi bir göy cismindən başqa bir şey deyil. Buna baxmayaraq bu planeti digər planetlərdə olmadığı qədər dəyişdirəcək bir müddət meydana gəlməyə başlayır. Canlanma, ilk hüceyrənin yaranması…Bu müddət ərzində Cansız maddələrdən Canlılıq meydana gəlir. Bu haqda ətraflı məlumat daha sonrakı videolarda olacaq. Kanala abunə olub yeni paylaşılan videolardan xəbərdar olun.

277 total views, 1 views today

FİKİR BİLDİR
loading...