Dubayda pulsuz gedə biləcəyiniz 10 yer

Dostlarınla Paylaş

Son zamanlarda turistlər arasında ən çox seçilən istiqamətlərdən biridir Dubay. Yaxın Şərqin ən müasir şəhəri.  Təhlükəsizliyi, möhtəşəmliyi, süni adaları və bir çox digər xüsusiyyətlər ilə seçilir. BƏƏ-nin ən inkişaf etmiş şəhəridir. Dünyanın ən hündür göydələni Bürc Xəlifə məhz bu şəhərdə yerləşir. Dubay yeganə şəhərdir ki, hər kəs orada olmağa can atır.

Dubay səyahətinizdə pulsuz gedə biləcəyiniz 10 yer.
1. Dubay Fəvvarəsi.

 

Sözsüz ki Dubay dedikdə ilk ağıla gələn şeylərdən biri də Bürc Xəlifənin yaxınlığındakı məşhur fəvvarədir. Bu dünyadakı ən böyük musiqili fəvvarədir. Uzunluğu təxminən 300 metrdir . Suyu 150 metr hündürlüyədək püskürə bilir. Bu isə 50 mərtəbə hündürlükdə bina deməkdir. 6600 ədəd lampayla 50 fərqli rəngdə işıqlandırmaya malikdir. Hər axşam saat 18:30- dan etibarən  fəvvarənin musiqili şousu başlayır.

2. Najmat Taiba qızıl bazarı.

 

Hər bir qızıl sevər bu bazarı mütləq ziyarət etməlidir. Burada hər zövqə uyğun bilərziklər, boyunbağılar, üzüklər və  qızıl kolleksiyalar var. Bazarı məşhur edən dünyanın ən böyük qızıl üzüyünün burada olmasıdır. Dəyəri 3 milyon dollar olan üzüyün 58.8 kiloqramı 21 karat qızıldandır. Çəkisi 64 kiloqram olan üzüyün 5.1 kiloqramı isə kristal daşlardan ibarətdir.

3. Dubai Mall.

 

Məşhur Dubai Mall, Burc Xəlifə yaxınlığında yerləşir. Dünyada ən böyük  qapalı akvariumuna sahibdir. Bir çox brend geyim mağazaları məhz Dubai Mall-dadır. Bundan başqa Ticarət Mərkəzində hər yaşa uyğun əyləncə növü var. Buna misal olaraq buz sürüşgəni, uşaq əyləncə kompleksi, 22 kinozalı göstərmək olar.  Burada 120 kafe ve restoran, dünyada ən böyük şirniyyat mağazası yerləşir. Turistlər arasında ən çox üstünlük verilən yerlərdən biridir.

4. Jumeirah Beach Residence

 

Qısaca JBR. Mərkəz sayılan Jumeirah ərazisində yerləşir. 1,7 kilometr uzunluğundadır. 40 hündürmərtəbəli binadan ibarət böyük yaşayış və turizm kompleksidir. Binaların alt mərtəbələrində mağazalar və restoranlar, hovuz və oyun meydançaları var. JBR-da 2 km-ə qədər uzanan ictimai çimərlik mövcuddur. 

5. Ras Al Khor qoruğu.

 

Ras Al Khor – Dubayda yerləşən unikal təbiət qoruğudur. Bu BƏƏ-də mühafizə olunan ərazilərdən biridir. Bura 250 növ müxtəlif quşlar üçün məskəndir. Bununla yanaşı qoruqda “Qırmızı Kitab”-a daxil edilmiş 47 bitki növünə rast gəlmək olar. Qoruğun vizit kartı çəhrayı flaminqolar hesab olunur. Ziyarət üçün internetdən onlayn qeydiyyatdan keçmək lazımdır. Giriş pulsuzdur.

6. Safa Parkı.

 

Əyləncə mərkəzləri və çimərliklərdən başqa Dubayda bir neçə parklar da mövcuddur. Bunlardan biri də Safa Parkdır. Park, şəhər mərkəzi sayılan Jumeirah ərazisindədir. Bürc Xəlifə və Dubai Moll-a yaxındır. Dubayın ən məşhur və böyük parklarından biridir. Parkda üç göl, 17 minə yaxın ağac və 200 növ quş var. Burada böyüklər və uşaqlar üçün müxtəlif əyləncələr, qadınlar üçün xüsusi ərazilər vardır.

7. Bastakiya Kvartalı.

 

Bastakiya məhəlləsi Dubay körfəzi sahilində yerləşir. Dubayın  qədim və dar küçəli məhəlləsi hesab olunur. XX əsrin əvvəllərində İran tacirləri tərəfindən tikilmiş bir neçə qədim evləri ilə məşhurdur. Məhəllə Dubayın keçmişi haqda təsəvvür yaratmağa imkan verir. Hal-hazırda ərazidə təmir-bərpa işləri aparılır.

8.  Dəvə Muzeyi.

 

Dəvə muzeyi olduqca maraqlı bir yerdir. Burada siz dəvələrin necə yetişdirilməsi və dəvə yarışları üçün hazırlaşdırıldıqlarını görə bilərsiniz.

9. Wafi Mall.

 

Wafi Mall şopinq sevənlər üçün əsl cənnətdir. Mərkəzdə Dubayın ən tanınmış mağazaları yerləşir. Diqqəti cəlb edən ilk şey, Ticarət Mərkəzinin örtüyünün piramida şəklində olmasıdır. Bu da öz növbəsində Misir piramidalarını xatırladır. Burada iki hissəyə bölünmüş “Qallaktika”  və ” Lunarland” əyləncə mərkəzləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir.

10. Khan Murjan Bazarı.

 

Khan Murjan Bazarı Wafi Ticarət Mərkəzindədir. Bağdadda yerləşən qədim yeraltı bazarı xatırladır. Arxitekturası Misir, Mərakeş, Suriya və Türk üslubundadır. Bu bazarda Ərəb və Yaxın Şərq məhsulları satılır. Bazarın mərkəzində kafe və restoranlar yerləşir.

Siyahı: http://www.tipsographic.com/

215 total views, 1 views today

FİKİR BİLDİR
loading...