Döyüşkənlik geni

Dostlarınla Paylaş

Qədim zamanlarda hərbidə yeni əsgərlər arasından kimləri döyüşdə ön cərgəyə qoymaq məsələsini həll etmək üçün bir sıra metodlar olub. Metodlardan biri belə idi: yeni əsgərləri bir cərgəyə düzürlər, orduda bu işə baxan mütəxəssislər var, onlar hansısa bəhanə ilə əsgərləri danlayır və söyür. Eyni zamanda onların sifət və bədən reaksiyalarını izləyir ki görsün kimlər daha bərk qəzəblənir.

Kimlər ki qəzəbini biruzə verirdi, onları ön cərgə üçün seçirdilər. Çünki onlar döyüş başlayanda baraban səsi, ura sədaları ilə cuşa gəlib qırıcı kimi döyüşə atılır, arxa cərgələrdəki cəsarətsizləri də cuşa gətirirdilər. Döyüşdə qırılanlar əsasən ön cərgədəkilər olur, arxa cərgədəkilərin sağ qalıb evə qayıtmaq, nəsil vermək şansı daha çox olurdu.

Bu, döyüşkən kişilərin “tarixin ələyindən” sağ çıxmamasının bir misalıdır. Başqa çox üsullar olub ki, onların cəminə nəzərən alimlər düşündürdülər: Döyüşə meylli insanlar bu və ya digər üsullarla sıradan çıxır və mülayim təbiətlilər qalıb nəsil veridisə, nədən döyüşkən insanlar hələ də çox sayda doğulmağa davam edir?

2009-cu ildə aparılan araşdırmalar kişilərin döyüşkənliyə, hərbə, aqressiyaya, yaxud aqresiyanı aqressiya ilə cavablandırmağa meylli edən bir gen aşkralayıb, ona şərti “döyüşkənlik geni” adı verdilər. Eyni zamanda, yuxarıda qoyulan sualın cavabı tapıldı: bu gen oğullara anadan keçir, atadan deyil. Mülayim təbiətli atanın oğlu döyüşkən təbiətli, yaxud əksinə ola bilər. Beləliklə, təbiətin “hiyləgərliyi” aşkar olundu, döyüşçü genini kişilərin yox, qadınların cinsiyyət xromosomlarında “gizlədibmiş”. Buna görə, döyüşə meylli bütün kişiləri nəsil vermədən öldürüb, yalnız mülayim təbiətli kişiləri saxlasalar belə, döyüşə meylli kişilər yenə doğulacaq.

27 total views, 1 views today

FİKİR BİLDİR