Dopinqlə mübarizəyə dair qanun qəbul olunub

Dostlarınla Paylaş
Milli Məclisin iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.Qanun layihəsi barədə məlumat verən MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycanda dopinqlə mübarizə sahəsində qanunvericilik bazası olmadığı üçün problemlər olub və qanun bu boşluğu aradan qaldıracaq.
F. Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir. Layihədə dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, aşkarlanan pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər əksini tapıb. Komitə sədrinin sözlərinə görə, qanun layihəsində Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Bu agentlik nəzdində apellyasiya komissiyasının, idman arbitrajının yaradılması təklif edilir.
Müzakirədə çıxış edən Qüdrət Həsənquliyev Azərbaycanın adının dopinq məsələlərində hallanmasından təəssüfünü bildirib. O qeyd edib ki, layihənin qəbulu bunun aradan qaldırılmasına kömək edəcək. Deputat məktəblərdə idman dərslərinin, xüsusilə futbolla bağlı dərslərin sayının artırılmasını, regionlarda tikilən olimpiya komplekslərindən insanların istifadəsinin asanlaşdırılmasını təklif edib. Layihə səsə qoyularaq ikinci və üçüncü oxunuşda qəbul olunub.
bizimyol.info
loading…


TREND XƏBƏRLƏR

loading…


338 total views, 2 views today

FİKİR BİLDİR