Dilənçilər və Küçə Uşaqları Azərbaycanda

Dostlarınla Paylaş

Dilənçilər və Küçə uşaqları
Dilənçilərə inkişaf etməmiş və ya inkişaf etməkdə olan ölkələrdə daha çox rast gəlinir. Azerbaycan da inkişaf etməkdə olan ölkələr siyahısında olduğu üçün dilənçilərin və küçə uşaqlarının sayı kifayət qədərdir.
Küçə uşaqları probleminin yaranma səbəbləri sırasında, uşaqların ailə daxilində zorakılığa məruz qalması, onların psixoloji durumundakı problemləri də yer tutur. Azyaşlı uşaqların əməyə cəlb olunmasına gündəlik həyatımızda az qala hər gün şahidlik edirik. Küçələrdə salfet satan, tütək çalan və yollarda avtomobillərin şüşələrini silən uşaqları görürük. Onlar əsasən 8-10 yaşlarından pul qazanmaq üçün bu yollara əl atırlar. Elə hallar var ki, uşaqlar valideynləri və ya muxtelif dilenci qruplasmalari terefinden bu islere mecbur edilirler. Övladlarının belə həyat tərzi keçirməsini istəməyən valideynlər də var, amma uşaqlarını küçədən yığa bilmirlər. Küçə uşaqları arasında ailədən qovulanlar, valideynləri olmayan uşaqlar daha coxdur. Melumdur ki, onlar daha cox mənzillərin zirzəmilərində, istifadədə olunmayan köhnə evlərdə və ya ən pis halda parklarda gecələyirlər.
Yəqin ki, hamimiz metroda, kucede gederken qucaginda korpe usaq olan dilenci qadinlar gormusuk. Eger fikir vermisinizse bu usaqlar qucaqda hemise yatmis veziyyetde olurlar ve yoldan keçən saysız insan onlara pul verir.
Heç fikirləşmisiniz mi bu uşaqlar niyə həmişə yatır?
İstifadə edilən uşaqlar ailələrindən icarəyə alınır və ya qaçırılır.
Körpənin bütün gün yatması üçün bu kəslər tərəfindən ona spirtli icki ya da narkotik dərmanlar verilir. Təbii ki , uşaqların bədənlərinin belə bir şok ilə baş etməsi mümkün deyil , buna görə onlar əksər hallarda “is gunu” icerisinde ölür. Və sözdə ananın axşama qədər qucağında ölü bir uşağı tutması lazımdır. Bu bir qaydadır. Yoldan keçənlər bir az pul atar və bunun doğru bir şey olduğuna inanar , Əgər siz də küçələrdə uşaqlarıyla dilənən qadınlar görürsünüzsə , pul vermədən əvvəl bir dəfə daha düşünün. Pul vermədiyiniz təqdirdə  bu cür pis niyyətli işlər bir müddət sonra bitəcək. Beləcə uşaqların spirtli icki və hər hansı bir dərman verilərək istifadə edilməsinə də  mane olacaqsınız.

Umumiyyetle Son illerde olkede dilenciliyi azaltmaq ucun muxtelif tedbirler gorulur. Lakin tedbirlerin tam bir neticesi olmur.

Sonda onu qeyd edə bilərik ki, uşaqların lazımi şəkildə böyüməsi üçün yalnız valideynlər yox, bütövlükdə cəmiyyət olaraq əlimizdən gələni etməliyik. Nəzərə alsaq ki, ölkənin gələcəyi məhz uşaqların əlindədir, onda bu məsələyə böyük diqqət ayırmalıyıq.

 

318 total views, 1 views today

FİKİR BİLDİR