Dale Carnegie’dən 10 qızıl məsləhət

Dostlarınla Paylaş

Heç kimi tənqid və mühakimə etməyin. Heç nədən şikayət etməyin.

Unutmayın ki, sizin həmsöhbətiniz haqlı olmaya bilər. Lakin o özünü haqlı hesab edirsə, buna görə onu qınamayın.

Özünüzü qarşınızdakı insanın yerinə qoyun və bu yolla ona lazım olanı müəyyənləşdirməyə çalışın.

Əgər kimsə öz məqsədləri üçün sizdən istifadə etməyə çalışarsa, həmin insanı öz tanışlarınız sırasından çıxarın.

Əgər tale sizə limon bəxş edibsə, ondan limonad hazırlamağı öyrənin.

Hər zaman müəyyən fəaliyyətlə məşğul olmağa çalışın. Məşğuliyyət Yer üzünün ən ucuz və ən effektiv müalicə üsullarından biridir.

Xoşbəxt olmasanız belə, artıq arzuladığınız xoşbəxtliyi tapmış bir insan kimi davranın. Əmin olun ki, ən qısa zamanda həqiqətən xoşbəxt birinə çevriləcəksiniz.

Əgər bu həyatda xoşbəxtliyi tapmaq istəyirsinizsə, o zaman şükranlıq duyğusu və nankorluq hissi barədə düşünməyin. Fədakarlığın gətirdiyi mənəvi sevincə təslim olun.

Heç vaxt düşmənləriniz ilə hesablaşmağa cəhd etməyin. Unutmayın ki, bununla siz onlara deyil, özünüzə daha çox ziyan vura bilərsiniz.

General Eyzenhauer kimi davranın: Sizə xoş gəlməyən insanlar haqqında heç vaxt düşünməyin.

TREND XƏBƏRLƏR

loading…


583 total views, 2 views today

FİKİR BİLDİR