Detektiv sevənlərin həvəslə tapmağa çalışacağı 4 tapmaca

Dostlarınla Paylaş
  1. İki qız birlikdə nahar edir. Hər ikisi buzlu çay sifariş edir. Birinci qız çaylar süfrəyə gələn kimi həmin dəqiqə içir və ikinci qız 1 stəkan çay içənə kimi birinci qız 5 stəkan çay içir. Amma sonda 1 stəkan çay içən ölür. O biri qız isə sağ qalır. İçkilərin hamısı zəhərli idi. Bəs ən çox içki içən qız necə olub ki, sağ qalıb?
  2. Kişi meyidi tapılıb. Meyidin bir əlində səsyazma aparatı, digər əlində isə silah var. Polis əməkdaşı hadisə yerinə gələn kimi səsyazma aparatının Play düyməsinə basır. ” Mənim yaşamağıma heç bir səbəb qalmayıb. Mən daha yaşaya bilmərəm” deyir və güllə səsi gəlir. Səsyazmaya qulaq asan kimi polislər bu hadisənin suiqəsd yox, qətl olduğunu anlayırlar. Sizcə necə bilirlər?
  3. Qatilə ölüm hökmü verilir. Qatil 3 otaqdan birini seçməlidir. Birinci otaqda yanğın, ikinci otaqda yüklənmiş silah, üçüncü otaqda isə illərdir yemək yeməyən şirlər var. Qatil hansı otağı seçsə sağ qalar?
  4. Kişi öz arvadını maşında bıçaqla öldürür. Arvadının üzərində heç bir iz buraxmadan onu maşından tullayır və bıçağı isə heç kimin heç vaxt tapa bilməyəcəyi dərədən atır. Evə gedir. 1 saat sonra polislər zəng edib kişiyə deyir ki, arvadının meyidi tapılıb, gəl. Bir müddətdən sonra kişi gəlir və polislər kişini tutur. Polislər qatilin kim olduğunu hardan bildilər?Cavablar kommentdə

965 total views, 2 views today

FİKİR BİLDİR