Çox istifadəçinin bilmədiyi, “Google”-da axtarış etməyin 8 hiyləsi

Dostlarınla Paylaş

Axtarış sistemlərində bizə lazım olan məlumatı axtaran zaman, o qədər lazımsız məlumat çıxır ki, axtardığımızı tapmaq xeyli zaman alır. Məsələ burasındadır ki, çoxumuzun bilmədiyi, düzgün və dəqiq axtarış qaydaları mövcuddur. Onlarla tanış olaq.

loading…


“Google”-da düzgün axtarış et!
  1. Dəqiq söz və ya söz birləşməsini tapmaq.

    Axtarmaq istədiyiniz söz və ya söz birləşməsini “” (dırnaq) içində yazın. Bu halda Google məhz həmin söz və ya birləşmənin olduğu saytları nəticə olaraq göstərəcək. Məsələn: “Paytaxt salatı resepti” yazıb axtarsanız bu söz birləşməsi tam şəkildə olan saytlar çıxacaq.

  2. Hər hansı bir söz buraxılmış sitatı, məsəli tapmaq.

    Sevdiyiniz bir atalar sözü, sitat və s. içərisindən bir söz yadınızdan çıxıb. Bu halda o sitatı dırnaq içərisində yazın buraxılmış sözün əvəzinə isə * işarəsi qoyun. Məsələn: “dama dama * olar” yazın axtarsanız ulduzun əvəzində göl sözü çıxacaq.

  3. Bir neçə sözdən birini tapmaq.

    Sizə lazım olan 3-4 sözdən hər hansı birini tapmaq üçün sözlərin arasına | işarəsi qoyun. Məsələn: banan | kabab | kafe yazsanız bu üç sözdən biri hansı saytda varsa onlar çıxacaq.

  4. Sözlərin bir cümlədə işləndiyi sayt və faylları tapmaq.

    Lazım olan bir neçə sözün məhz bir cümlədə işləndiyi mətn, sayt tapmaq üçün o sözlərin arasına & işarəsi qoymaq kifayətdir.

  5. Axtarış nəticələrindən hansısa sözü çıxarmaq.

    Sizə lazım olan sözü axtarmaq, lakin nəticələrdən müəyyən sözü (sözləri) çıxarmaq istəyirsinizsə, ilk öncə lazımi sözü yazın, sonra işarəsi qoymaq və boşluq qoymadan istəmədiyiniz sözü yazmaq lazımdır. Məsələn siz paytaxt sözünü axtarmaq istəyirsiniz lakin salat mənasında yox. Bu zaman paytaxt -salat yazıb axtarış edin. 

  6. Hansısa bir saytda googledan axtarış etmək.

    Sizə lazım olan məlumatı, konkret bir saytda axtarmaq üçün axtarılan söz sonra site:sonra saytın adı. Məsələn: maraqlı site:qarmag.com

  7. Konkret hansısa formatda olan sənəd axtarmaq.

    Məsələn sizə hansısa məlumat pdf formatında lazımdır. Bu halda mime: operatoru köməyinizə gələcək. Məsələn şəxsiyyət vəsiqəsi mime:pdf

  8. Konkret dildə axtarış nəticələri.

    Axtarışın nəticələri konkret bir dildə çıxsın deyə axtarış sözü sonra lang: operatoru və dili qeyd etmək lazımdır. Dili ru, en və s. qısa yazmaq lazımdır.

Faydalı məlumatlardır. Dostlarınızla paylaşmağı unutmayın 🙂

1,229 total views, 1 views today

FİKİR BİLDİR