Cinli qız

Dostlarınla Paylaş

Bu hadisə sinif yoldaşımın gördüklərinə əsasən yazılır:

Kəndə getmişdik,xalamgilə. Xalamqızıyla kəndi gəzirdik. Birdən gözlərimə qara paltar geyinmiş,əlində çubuqla yerə dairələr çəkən qız gördük,yanında da balaca it var idi. Mən bunun kim olduğunu soruşanda xalamqızı onun başına gələnləri mənə danışdı. Eşitdiklərimdən şoka düşürdüm.

Bu qız digər kənd qızları kimi normal həyat yaşayırmış. Birgün rəfiqələriylə birlikdə qonşu kəndə toya gedirmişlər. Toydan gec saatlarında çıxdıqlarında bu rəfiqələrinə meşə yoluyla daha tez kəndə çatacaqlarını söyləmiş. Lakin rəfiqələri razı olmadılar. Bu vaxtı gecələr meşəylə getməyin təhlükətli olduğunu bildirdilər.Lakin bu qız öz dediyini etdi və rəfiqələrənidən ayrıldı. Artıq digər qızlar kəndə çatmışdılar. Qızın valideynləri çox narahat oldu. Qızın rəfiqələrindan soruşdular. Qızlar onun meşə yoluyla kəndə gələcəyini dedilər. Demək olar ki,bütün kənd əllərində məşəl meşəyə tərəf üz tutdular. Meşəyə yaxınlaşanda qızın qışqırıq səsi eşidildi. Yaxınlaşanda gördülər ki,qız o ağacdan bu ağaca çırpılır və “qoymayın,gəlir,gəlir” deyə qışqırırdı. Kənd camaatı bu səhnəni görəndə şoka düşdülər. Qızı birtəhər tutub evə gətirdilər. Aradan günlər keçsə də qız düzəlmirdi ki düzəlmirdi. Əksinə,valideynləri hər gecə qızın otaqda kimləsə danışdığını eşidirdilər. Qapını açanda isə qızdan başqa heç kim olmurdu. Artıq vəziyyət daha da pisə doğru gedirdi,qız qonşuların evinə gedir,bütün kəndi qorxuya salmışdı. Aparmadığı həkimlər,mollalar qalmamışdı, amma heçkim bu qıza çarə tapa bilmirdi.

Mən xalam qızından ona yaxınlaşmağımızı istədim, lakin o razı olmadı. Dedi ki, ” kənddə qızlardan biri də ona yaxınlaşmağa cəhd edib, amma qızın yanındakı balaca it qızın ayağını parçalamağa başladı. Heçkim qızı o itdən ayıra bilmirdi. Halbuki kənardan balaca,tez qorxan it təsiri bağışlayırdı”. O gündən qızın ayağı şikəst qaldı. Hələ də heçkim qızın bu vəziyyətini dəyişdirə bilmirdi.Hamı onun cin tərəfindən ələ keçirildiyini düşünürdü.

506 total views, 2 views today

FİKİR BİLDİR