Çay növləri

Dostlarınla Paylaş

loading…


Assam – 1830 – cu illərdə Hindistanın şimal – şərqi vilayətlərindən biri olan Assamda şotlandiyalı Robert Bryus tərəfindən kəşf edilib. Tünd rəngi və xoş iyi var.

Seylon  — Şri – Lankadan gələn çaylardır. Seylon çaylarının keyfiyyəti onun hansı yüksəklikdə yetişməsindən asılı olaraq dəyişir.Seylon dunyanın ən dadlı çaylarından sayılır. Ətri xoş və cəlbedicidir.

Darjeeling –  Dünyanın ən keyfiyyətli çaylarından biridir. Nepal yaxınlığındakı dağların zirvələrində yetişir. Darjeelingin dadı daha çox qarağat dadına bənzəyir.

Earl Grey – Darjeeling, Seylon və Assam çaylarından birinin berqamont yağı ilə qarışığından hazırlanır.

Formosa Oolong -İyi şaftalını xatırladır. Tayvanda yetişir.

Gunpowder – Yaşıl çay növlərindən biridir. Çində yetişir. Zərif dadı və ətri var.

Jasmine – Yasəmən çiçəyinin yaşıl və qara çayla qarışığı nəticəsində alınır.

Orange Pekoe – ” Pekoe” kiçik yarpaq deməkdir və çayın kiçik yarpaqlarından hazırlandığını göstərir. Ətri hansı çaydan hazırlanmasından asılı olmayaraq dəyişir.

675 total views, 6 views today

FİKİR BİLDİR