Cadunun sonu ( 2-ci hissə )

Dostlarınla Paylaş

1974-cü ildə,Konyanın Dedeli kəndində yaşanan başqa bir hadisədə o zaman balaca uşaq olmasına baxmayaraq yaxınlarını itirən və hadisənin ən önəmli şahidlərindən biri olaraq ifadə verən bir vaxtların medyasında önəmli yer tutmuş Hilmi K. başına gələnləri danışır:

 

  • Kəndimiz mərkəzdən uzaqda və iki dağ arasında qalan izsiz bir yerdi. Atam heyvandarlıqla məşğul olur və bağ işlərində işləyirdi. Mən də 8-9 yaşlarındaydım və evimizdə narahatlıqlar başlamışdı. Bu müddətdə atam kəndimizdə köhnə xarabalıqlara gedir,bəzən gecələrini də orda keçirdirdi. Anam da sanki atamı görəndə başqa bir adam olur, atam gəloəndə onun olduğu otaqda dura bilmirdi. Bir gün anam bağıraraq və əllərini dizlərinə vuraraq otaqdan çıxdı. Nənəm,babam və mən qaçaraq otağa girdik. Atam otaqdakı Quranı Kərimi yerlərə atır. bizə də küfürlər edirdi. Babam və qonşularımız qaçaraq atamı zorla tutub,saxladılar. Yerində dayana bilməyən atamı bir neçə gün yatağa bağladıq. Bir neçə müddətə hər şey normallaşdı və köhnə günlərimizə qayıtmağa başladıq. Bir gün evin bağçasında nənəmi gördüm. Nənəm iki ayağı qopmuş vəziyyətə gülümsəyərək bağçada oturmuşdu. Mənə baxıb gülümsəyərək, gəl kömək elə, dedi. Sonra əllərindən istifadə edərək mənə tərəf sürünməyə başladı. O an qışqırıb özümdən getdim. Gözümü açanda qonşularımız başımın üstündə, nənəmin yerdəki cəsədinin üstü örtülmüş vəziyyətdə idi. Hadisə baş verən an atam və babam heyvanların yanında, anam da qonşuda olduğu üçün polis məni təqkirkar bildi. Sonradan bunun başqa bir insan tərəfindən törədilmiş cinayət olduğu düşünülsə də, qatil tapılmadı. Kim niyə nənəmin ayağını kıssin ki? Bu sualın cavabını hələ də tapmamışam. Ancaq atamın mənə sonradan söylədiklərinə görə gəncliyində ananla evlənə bilməyim üçün bir cadu etdiribmiş. Falçı bunun üçün cinləri çağıracağını və bu işin geri dönüşü olmadığı üçün bir gün mütləq əvəzinin çıxılacağını söyləyib. Atam yaşadıqlarının səbəbini anamla evlənmək üçün etdirdiyi cadunun olduğunu söylədi. Bir neçə il sonra atam da vəfat etdi.

ARDI VAR…

150 total views, 2 views today

FİKİR BİLDİR
loading...