Cadunun sonu ( 1-ci hissə )

Dostlarınla Paylaş

2007 ilində İstanbulda Kevser Yıldız isimli bir qadın evində tərs xaça mismarlanaraq öldürülmüş bir şəkildə tapıldı. Edilən araşdırmalarda evdə çoxlu sayda barmaq izi tapılsa da  cinayətə dair bir iz tapılmadı. Ətraf kameralardan da binaya yad heçkimin girib-çıxmadığı görüldü. Bu səbəbdən şübhələr qonşular üzərinə yönəldilsə də 3 mərtəbəli binada yaşayanların qoca insanlar olduğu səbəbiylə məhkəmə cinayətin intihar hadisəsi olaraq baş verdiyini qərarlaşdırdı. Lakin bir insanın özünü tərs xaça mismarlayaraq intihar etməsi qeyri-mümkün olması səbəbilə bu cinayətin üzərində olan şübhələr heç bitmədi. İşin ən maraqlı tərəfi isə qonşuların bu qadının cadu ilə məşğul olması səbəbiylə ölmüş olmasının iddiasıdır. Qonşusu Fatma E.-nin ifadəsində bu hadisə belə nəql olunur:

  • Demək olar ki, 20 ildir qonşuyuq. Bir zərərini görmədik amma cadu ilə məşğul olduğunu bilirdik. Bizə də bir-iki köməyi dəyib. Bir cənazəmiz olarsa Quran oxuyub, zaman-zaman bizə muskalar edərdi. Ancaq son zamanlarda biraz dəyişməyə başladı. Gördüyümüzdə salam versək almır, üzümüzə baxmırdı. Ən son 3 gün qabaq qolundan tutub nə olduğunu, niyə üzümüzə baxmadığını soruşdum. Üzü gömgöy idi. Soruşanda, Fatma bacı, bir işə bulaşdım, qurtula bilmirəm, dedi. Öldüyü gecə ALLAHA küfürlər edib ( əstağfürüllah ), evin içində sağa-sola qaçırdı. Onun kimi namaz qılan, Quran oxuyan bir qadından heç gözləməzdim.

Yenə qonşularından Yılmaz E. də bunları deyir:

  • Kevseri qızım kimi çox istəyərdim. Son həftələrə qədər bir pisliyini görməmişdik. Ancaq bundan bir neçə həftə evimizə ziyarətə gəldiyində xanımım içəridə Quran oxumağa başladı. Kevser o anda sanki dəli olmuş kimi özünü yerlərə atıb, ağıza alınmayacaq küfürlər etməyə başladı. Nə olduğunu başa düşmədik. Öldüyü gecə də evindən ALLAHA küfürlər etdiyini ( əstağfürüllah ), içəridə qaçdığını eşitdik. Digər qonşularla dərhal qapısına qaçdıq amma açan olmadı. Onsuz da yarım saata polislər gəldiyinə ölüsünü gördük.

Kevser Yıldızın evində aparılan araşdırmalarda bir çox cadu ləvazimatları, eləcə də donuz dərisinə ərəbcə yazılmış yazılar tapıldı. Bu dərilərə yazılmış yazılar içərisində bəzi cinləri çağırmaq üçün muskalar çıxmışdı. ( Sözü gedən cinlər haqqında növbəti məqaləmdə yazacam ). Yenə də məhkəmə bunun intihar hadisəsi olduğunu söyləyərək cinayət işini bağlandı.

 ARDI VAR…

 

627 total views, 1 views today

FİKİR BİLDİR