İqtisadi terminlərin izahlı lüğəti

Dostlarınla Paylaş

Autsayder
nədir?

Müəyyən mülahizələrə, səbəblərə görə inhisar
birliklərinə daxil olmayan müəssisələr.
Atribut
nədir?
Hadisələrin, proseslərin, sistemlərin mütləq mənalı
ayrılmaz xassəsi. Bunsuz hadisələrin, sistemlərin özləri mövcud ola bilməzlər.
Audit
nədir?
İdarəçilik fəaliyyətinin müəyyən meyarlara, norma
və standartlara uyğun gəlməsini qiymətləndirmə prosesi və sistemi.
Assosiasiyalar
və ittifaqlar nədir?
Sahibkarlıq fəaliyyətlərini əlaqələndirmək və birgə
əmlak münasibətlərini tənzimləmək məqsədilə kommersiya təşkilatlarının müqavilə
əsasında birləşməsi.
Absentizm
nədir?
Hüquqi normalara, o cümlədən əmək qanunçuluğuna
məhəl qoymadan, heç bir üzürlü səbəb olmadan işə çıxmama.
Açıq
sistem nədir?
Xarici mühitlə əlaqəsi (informasiya, iqtisadi və
s.) olan sistem.Belə əlaqə həmin sistemin, o cümlədən təşkilatların səmərəli
fəaliyyətinin mühüm şərtidir. İqtisadi və sosial sistemlər açıq sistemlərdir.
Additivlik
və qeyri-additivlik nədir?
Sistemin hissələri və tamlığı arasındakı əlaqə,
nisbət. Additivlik sistemin, obyektin hissələrinin məcmusundan ibarət
olmasıdır. Lakin elə ünsürlər var ki, onlar həmin sistemin xassələrinə uyğun
gəlmir, ona görə də qeyri-additivlik təşkil edir.
Akselerator
nədir?
İnvestisiya həcmi və dinamikasının istehlak mallarına
olan tələbatdan asılı olmasını şərtləndirən iqtisadi model.
Aksiz
nədir?
Latınca “accido”, fransızca
“accise” – “kəsirəm” deməkdir, bəzi istehlak mallarına və
xidmətlərə qoyulan dolayı vergi; əmtəənin qiymətinə və ya xidmət tarifinə əlavə
edilir və beləliklə, istehlakçılar tərəfindən ödənilir.
Akt
nədir?
Latınca “actus” – “hərəkət”,
“actum” – “sənəd” deməkdir; iş, hərəkət, hadisə, qərar,
hökm və bir hadisəni təsdiq edən sənəd mənalarında işlədilən çoxmənalı sözdür.
Aktivlər
nədir?
Keçmiş dövrə aid olan fəaliyyət nəticəsində
yaranmış, müəssisənin nəzarətində olan və gələcəkdə iqtisadi mənfəət gözlənilən
resurslar.
Aliment
nədir?
Latınca “yemək”, “qidalanma”
deməkdir; aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin
digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında
işlədilir.
Alqoritm
nədir?
Fəaliyyət ardıcıllığının, məsələn, texniki
sistemlərdə maşın əməliyyatlarının ardıcıllığının dəqiq təsviri.
Alternativ
nədir?
Bir-birinin əksinə olan imkan və qərarlar
içərisində yeni bir variantın seçilməsi.
Analoq,
analogiya nədir?
Hər hansı prosesi, qanunauyğunluğu adekvat halda
əks etdirən anlayış, nəzəriyyə və tədqiqat üsulu.
Aprobasiya
nədir?
Ayrı-ayrı nəzəri müddəaların, iqtisadi modellərin
real həyatda, praktikada yoxlanılması, sınaqdan çıxarılması.
Arbitraj
(iqtisadi məhkəmə) nədir?
 İqtisadi
mübahisələri (müqavilə şərtlərinin pozulması, mülkiyyət hüququnun tanınması,
zərərin ödənilməsi, bəzi dövlət aktlarının qanunsuzluğunun aşkar edilməsi, iflasa
uğrama ilə bağlı məsələlər və s.) və digər təsərrüfat problemlərini araşdıran
məhkəmə orqanı.
Aval
nədir?
Veksel zaminlik kağızı, bank təlimatı. Burada
avalist veksel sahibi qarşısında vekseldən irəli gələn bütün öhdəlikləri öz
üzərinə götürür.
Avtomatlaşdırılmış
idarəetmə sistemi nədir?
Kompleks texniki vasitələrdən istifadə əsasında
uçot, idarəetmə və müxtəlif hesablamalar məqsədilə informasiyaların
toplanmasını, işlənib hazırlanmasını (emalını), saxlanması və verilməsini təmin
edən isarəetmə sistemi.
 
 
Avuar
nədir?
Xarici banka saxlanılmaq üçün qoyulmuş qiymətli
kağız və qızıl, bir sözlə, hər hansı bir ölkə bankının xarici bankdakı valyuta
vəsaiti.
Azad
iqtisadi zona nədir?
Azad iqtisadi zonaya bir növ ixtisaslaşmış iqtisadi
zona, birgə sahibkarlıq zonası, azad ticarət zonası və s. daxildir. Azad
iqtisadi zona – milli və xarici sahibkarlar üçün güzəştli iqtisadi şərtlərlə
nəzərdə tutulmuş məhdud ərazi hissəsinə deyilir.
Azərbaycan
Respublikası ərazisindən tranzit nədir?
Gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan
Respublikası ərazisi ilə daşınma.
Bank
nədir?
Fiziki və hüquqi şəxslərin pul əmanətlərinin cəlb
edilməsi, qaytarılması, onlar üçün bank hesablarının açılması, kassa
xidmətlərinin göstərilməsi və s. əməliyyatlarla məşğul olan kredit təşkilatı.
Barter
sövdələşməsi nədir?
Birbaşa, müstəqil mal mübadiləsi. Belə sövdələşmə
müasir dünya bazarının deyil, inkişaf etməmiş, sadə əmtəə münasibətləri dövrü
üçün səciyyəvidir.
Bazar
nədir?
Zahirən mübadilə, tədavül sferalarında, alqı-satqı
mühitində təşəkkül tapan, lakin istehsal sistemləri ilə bağlı olan iqtisadi
əlaqələr sistemi.
Bazar
qiyməti nədir?
Malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı
təsiri nəticəsində təşəkkül tapan qiyməti.
Bazarın
seqmentasiyası nədir?
İstehlak bazarının hər hansı bir əlamətinə görə
ayrı-ayrı seqmentlərə bölünməsi. Burada valyutanın tipi, regionun, ölkənin,
qrup istehlakçılarının, fərdi istehlakçıların xüsusiyyətləri, tədiyə
qabiliyyəti və s. nəzərə alınır.
 
Beynəlxalq
daşıma nədir?
Yüklərin və sərnişinlərin Azərbaycan Respublikası
ilə (Azərbaycan Respublikasının sərhədlərindən) digər dövlətlərdəki məntəqə
arasında daşınma sayılır.
 
Bələdiyyə
nədir?
Ərəbcə “şəhər idarəsi” deməkdir; seçkili
yerli idarə və özünüidarə orqanı; əsas gəlir mənbəyi əhalidən tutulan yerli
vergilərdir.
 
Birbaşa
vergilər nədir?
Hüquqi və fiziki şəxslərin gəlirindən və ya
əmlakından bilavasitə tutulan vergilər.
 
Birja
nədir?
Əmtəələrin, qiymətli kağızların birbaşa satışı və
topdansatış ticarətini təşkil edən rəsmi qeydiyyata alınan bazar.
 
Biznes
nədir?
Ticarət, iş, sövdələşmə
Biznes-planlaşdırma
nədir?
Sahibkarlıq, investisiya layihələrinin hazırlanması
və həyata keçirilməsi, firma və şirkətlərin inkişaf etdirilməsi üzrə tədbirlər
sistemi.
Borc
nədir?
Müəyyən edilmiş müddətdə ödənilməli olan maliyyə və
kreditor borclarından ibarət olur, yəni müvafiq olaraq təşkilatın hesabına
daxil olmalı vəsait və kreditor qarşısında maliyyə öhdəliyi.
Büdcə
nədir?
Dövlətin, firmanın, ev təsərrüfatının və s. müəyyən
dövr üçün gəlirlərinin və xərclərinin siyahısı; ingiliscə “budget” –
“çanta” sözündən götürülmüşdür.
Büdcələşmə
nədir?
Əməliyyat (satış büdcəsi, istehsal büdcəsi, xərclər
büdcəsi) və maliyyə (investisiya büdcəsi, kassa büdcəsi, balans hesabatı)
büdcələrinin hazırlanması, mənfəət və zərərlər, pul vəsaitinin hərəkəti,
onların sistemli təhlili, habelə balans hesabatının proqnozlaşdırılması.
 
 
Büdcənin
vergi gəlirləri nədir?
Vergiyə cəlb etmə qaydasında büdcəni formalaşdıran
gəlirlər növü.
 
Büdcələşmənin
idarə edilməsi nədir?
İnformasiya axınının, maliyyə vəziyyətinin
debitor-kreditor borclarının, planlaşdırma və uçotu işlərinin və s. təhlili, bu
və digər sferalara nəzarət sisteminin optimallaşdırılması, büdcənin
formalaşmasına strateji baxımdan yanaşılması, müvafiq proqnozların (balans
proqnozu, pul vəsaitlərinin hərəkəti proqnozu və s.) verilməsi.
Büdcə
təşkilatı nədir?
Büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya
qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan
qeyri-kommersiya təşkilatıdır.
Daimi
nümayəndəlik nədir?
Azərbaycan Respublikasında qeyri-rezident hüquqi
şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi həmin şəxslərin
istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az
olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən
sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.
Davalsiya
xammalı nədir?
Sahibi üçün hazır məhsul istehsal etmək məqsədilə
digər ölkədən gətirilən xammal.
 
Deflyasiya
nədir?
İnflyasiyanı azaltmaq məqsədilə dövlətin dövriyyədə
olan pulun bir hissəsini götürməsi, əmtəə qiymətlərinin aşağı düşməsi.
 
 
Defolt
nədir?
Borc alanın nəzərdə tutulan müddətdə öz borcunu
ödəyə bilməməsi haqqında xəbərdarlıq etməsi.
Dempinq
nədir?
Bir ölkənin istehsal etdiyi əmtəəsini öz
ölkəsindəkinə nisbətən digər ölkənin ərazisində ucuz qiymətə satması. Bu həmin
məhsul satışı bazarında potensial rəqibini sıxışdırmaq, satışın həcmini
çoxaltmaq məqsədilə edilir.
Departament
nədir?
Bəzi ölkələrdə dövlət idarəsinin bir formasıdır;
Fransada isə inzibati ərazi bölgüsüdür.
Depozit
nədir?
Müəyyən məqsədlə saxlanmaq üçün bank və ya başqa
kredit idarələrinə verilən pul və ya qiymətli kağız.
Determinizm
nədir?
Sosial-iqtisadi və digər hadisə və proseslərin
səbəbiyyət şərtlənməsi, onların qanunauyğunluqları haqqında təlim.
Dividend
nədir?
1) Hüquqi şəxsin öz təsisçilərinin (payçılarının)
və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi
ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin)
bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın
bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin
faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin,
payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər
dividend sayılmır.
2) Səhmlərə görə müəssisənin illik gəlirindən
ayrılan pay.
Dolayı
vergilər nədir?
Əmtəənin və xidmətin qiymətindən tutulan vergilər;
qismən və ya tamamilə əmtəənin dəyərinə köçürülür.
Dövlət
qulluqçusu nədir?
Dövlət vəzifəsini tutan və onu yüksək peşəkarlıqla
yerinə yetirən şəxs. Dövlət qulluğu icraedici, qanunverici və məhkəmə
hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlıdır və müəyyən edilmiş
səlahiyyətlər, qanunlar və prinsiplər çərçivəsində formalaşır, fəaliyyət
göstərir.
 
Dövlət
qulluqçularının gəlirləri haqqında deklarasiya nədir?
Gəlirlər, əmlak haqqında məlumat. Deklarasiya
aşağıdakı hallar üçün zəruridir:
– vergiyə cəlb etmə;
– dövlət vəzifəsinə təyin etmədə.
Dövlət
qulluqçularının vəzifə cinayəti nədir?
Vəzifə səlahiyyətindən istifadə etməklə vəzifəli
şəxslərin təhlükəli fəaliyyət göstərməsi. Bu fəaliyyətin məzmunu və xarakteri
ayrı-ayrı dövlət orqanlarında müxtəlif olur.
 
Dövlət
qulluqçularının vəzifə təlimatları nədir?
Dövlət hakimiyyətində müxtəlif vəzifələr üzrə
çalışan işçilərin vəzifələrini (funksional fəaliyyəti, səlahiyyətlərini, vəzifə
öhdəliklərini, hüquq və məsuliyyətlərini, struktur əlaqələrini) əks etdirən
sənəd.
Ehtimallıq
nədir?
Hadisələr sistemində təsadüflərin baş verməsini
səciyyələndirən kəmiyyəti, miqdarı və təkrarlanmasının qeyri-mehdudluğu
dərəcəsi.
 
Ekspert
nədir?
Müəyyən bir məsələ barədə mütəxəssis kimi fikir
söyləyən şəxs.
Elmi
idarəetmə nədir?
Mövcud və gələcək qanunauyğunluqları, meyilləri,
elmi mülahizələri, müddəaları sistemli qaydada əsas götürməklə makro və mikro
proseslərə, sistemlərə şüurlu təsir etməklə onların optimal gedişatını,
fəaliyyətini, inkişafını yəmin etmə.
 
Etatizm
nədir?
Dövlətin cəmiyyətin sosial-siyası həyatına fəal
müdaxilə etməsi zəruriyyətini irəli sürən konsepsiya.
 
 
Əks
əlaqə nədir?
İdarəetmədə, canlı orqanizmdə idarəetmə prosesini
səciyyələndirən və idarə olunan obyektin idarəedici orqana əks təsirini ifadə
edən bir prosesdir.
 
Əks
əlaqə qaydasında idarəetmə nədir?
Obyektdən subyektə informasiya çatdırma qaydasında
idarəçilik fəaliyyətidir.
 
Əmək
bölgüsü nədir?
Əmək fəaliyyətinin bir-birindən fərqlənməsi,
ixtisaslaşması. Müəssisələrdə bu, funksional (istehsal funksiyası, idarəetmə,
istehsala xidmət etmə, peşə ixtisaslaşması), texnoloji (istehsal proseslərinin
hazırlıq, emaledici, yığma mərhələlərinə ayrılması) və ixtisas (işin müxtəlif
mürəkkəblik, dəqiqlik, məsuliyyətli məzmuna, səviyyəyə ayrılması) əlamətlərinə
görə fərqlənir.
 
Əmək
ehtiyatlarının idarə edilməsi nədir?
Onların formalaşması, bölüşdürülməsi, istifadəsi,
hazırlanması, məşğuliyyəti, planlaşdırılması və s. əhatə edən makro və mikro
səviyyəli fəaliyyət növüdür.
Əmək
haqqının dövlət tənzimlənməsi nədir?
Təminatlı minimum əmək haqqınln müəyyən edilməsi,
əmək haqqının indeksasiyası, əmək haqqının vergi qaydası ilə tənzimlənməsi,
əmək haqqının hüquqi tənzimlənməsi, gəlirlər və qiymət siyasəti, sosial
müdafiə, əmək haqqının istehsalının səmərəliliyi, işçinin əməkdə iştirak
dərəcəsi, müəssisənin gəlir səviyyəsilə əlaqələndirilməsi, mükafatlandırma
sisteminin düzgün seçilməsi.
 
Əmək
kollektivləri nədir?
 Fəaliyyətini
özü tənzimləyəm sosial sistemdir. Əmək təşkilatları müəyyən məqsədlər üçün
yaradılır, adamların fəaliyyəti və davranışını proqramlaşdırma, əlaqələndirmə
funksiyasını icra edir.
Əmək
metodları və fəndləri nədir?
Əmək hərəkətləri ünsürkərinin müxtəlif qaydada
əlaqələndirilməsi, bu məqsədlə ən az iş vaxtının, fiziki və psixiki səylərin,
enerjinin sərf edilməsi, iş hərəkətlərinə qənaət edilməsi, hərəkət
trayektoriyasının fizioloji və psixoloji cəhətdən əsaslandırılması, hərəkətdə
ahəngdarlığın təmin edilməsi, əməliyyatların səmərələşdirilməsi, artıq
hərəkətlərin aradan qaldırılması və s. tədbirlərin həyata keçirilməsi.
 
Əmək
şəraiti nədir?
Əmək prosesində işçilərin sağlamlığı və iş
qabiliyyətinə təsir edən istehsal mühiti amilləridir. Həmin amillər qrupu
aşağıdakı kimi təsnifata ayrılır:
– sanitariya-gigiyena şəraiti;
– psixofizioloji şərait;
– estetik şərait;
– sosial-psixoloji şərait.
 
Əmlak
nədir?
Hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən
qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər
obyektləri.
Əmlakın
qalıq dəyəri nədir?
Əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas
vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri.
 
Əmtəə
nədir?
Mübadilə üçün istehsal edilən əmək məhsulu.
Əmtəə
birjası nədir?
Bura eyni cinsli malların müntəzəm satışı ilə
məşğul olan kommersiya müəssisələri daxildir. Bu birjada sövdələşmə işlərini
brokerlər aparırlar, burada birja qiymətləri müəyyən edilir.
 
 
Əsas
vəsaitlər nədir?
İstifadə müddəti bir ildən çox olan və dəyəri şərti
maliyyə vahidinin 100 mislindən çox olan bu Məcəllənin 114-cü maddəsinə uyğun
olaraq amortizasiya edilməli olan maddi aktivlər.
Faizlər
nədir?
Borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o
cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi
üçün ödəmə.
 
 
Fiskal
nədir?
“Fisk” latın sözüdür, “hörmə
zənbil” deməkdir; qədim Romada pulları belə zənbillərdə saxlayırdılar,
hazırda “fiskal” dedikdə toplanmış pulun dövlət xəzinəsinə verilməsi
xüsusiyyəti başa düşülür.
Fiziki
şəxs nədir?
Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və
vətəndaşlığı olmayan şəxs.
 
 
Fond
birjası nədir?
Bu, mütəşəkkil olaraq qiymətli kağızların
alınıb-satılması ilə məğul olur. Aşağıdakı başlıca xüsusiyyətləri vardır:
– müvəqqəti azad olan pul vəsaitlərini səfərbər
etmək;
– qiymətli kağızların bazar dəyərini müəyyən etmək;
– kapitalın şirkətlər, sahələr üzrə axınını təmin
etmək.
Forvard
kontraktı nədir?
Şəxsin qiymətli kağızlar, mallar və ya pul
vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu cür forvard
kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə etməyə (satmağa)
öhdəliyini təsdiq edən müqavilədir.
 
 
 
Gəlir
nədir?
Fiziki və hüquqi şəxs tərəfindən əmək haqqı,
məvacib, faiz, mənfəət və s. şəklində alınan pul.
Hərrac
nədir?
Əmlakın açıq satışı.
Hüquqi
şəxs nədir?
Azərbaycan Respublikasının və ya xarici dövlətin
qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və
təşkilatlar.
 
Xalis
mənfəət nədir?
Mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət.
Xeyriyyə
təşkilatı nədir?
Xeyriyyəçilik fəaliyyətini həyata keçirən
qeyri-kommersiya təşkilatı.
Xeyriyyəçilik
fəaliyyəti nədir?
Fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı
tərəfindən həyata keçirilən və maddi və ya digər köməyə (yardıma) ehtiyacı olan
fiziki şəxslərə və ya bilavasitə bu cür kömək (yardım) göstərən təşkilatlara, o
cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək (yardım)
göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud
bu Məcəllədə digər hallar nəzərdə tutulmamışdırsa, ictimai mənafelər naminə
həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda
kömək (yardım) göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır: – bu cür köməyi
(yardımı) alan şəxs köməyi (yardımı) göstərən şəxsin qarşısında mülkiyyət və ya
qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli
təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə;
-bu cür köməyi (yardımı) alan və köməyi (yardımı) göstərən
şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa;
-bu cür kömək (yardım) hər hansı fiziki və ya
hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə.
Xidmət
(iş) nədir?
Malların təqdim edilməsi sayılmayan, nəticələri
maddi ifadə kəsb edən fəaliyyət.
ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa
mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi
xidmət göstərilməsi istisna olunur.
Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı
istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə
daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində
ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz
tərkib hissəsi hesab edilir.
– Satışdankənar gəlirlər ??” digər müəssisələrin
fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər,
istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və
xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatan
götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində
alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi,
qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri.
– Vergi ödəyicisinin, alıcının, sifarişçinin və ya
hər hansı şəxsin adı” hüquqi şəxsin dövlət qeydiyyatına alınmış adı, fiziki
şəxsin adı, atasının adı və soyadı. Maliyyə xidmətləri:
– kreditlərin, maliyyə lizinqi əməliyyatlarının,
kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya
lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o
cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit
təminatlarını idarə etməsi;
– müştərilərin depozitlərinin və hesablarının idarə
edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə
bağlı əməliyyatlar;
– qanuni tədiyə vasitələri olan valyutanın, pul
vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə
bağlı əməliyyatlar;
– səhmlərin, istiqraz vərəqələrinin,
sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü
ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri və ya banknotların, qiymətli
kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin
edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir;
– törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard
müqavilələrinə, opsionlara və analoji sazişlərə aid əməliyyatlar;
– investisiya fondlarının idarə edilməsi ilə bağlı
xidmətlər;
– sığorta və təkrar sığorta əməliyyatları.
 
Xronometraj
nədir?
Əmək prosesləri müddətinin dəqiq ölçülməsi.
 
 
İdxal
nədir?
Ölkə daxilinə gətirilən mallar, xidmətlər və ya
kapital aktivləri.
 
İxrac
nədir?
Xarici ölkəyə ötürülən mallar, xidmətlər və ya
kapital aktivləri.
 
İqtisadiyyat
nədir?
Cəmiyyətin mallara və xidmətlərə tələbatının
maksimal ödənməsi məqsədilə mövcud istehsal amillərinin daha effektli
istifadəsi haqqında elm.
İqtisadi
inteqrasiya nədir?
Milli təsərrüfatların, iqtisadiyyatın yaxşılaşması
və bir-biri ilə şərtləşməsi, bir-birinə uyğunlaşması prosesidir. İnteqrasiya
prosesi özünü aşağıdakı istiqamətlərdə göstərir:
– azad ticarət zonası (gömrük məhdudiyyətinin
götürülməsi);
– gömrük ittifaqı (ölkələrarası malların hərəkəti,
vahid gömrük tarifləri);
– ümumi bazar;
– iqtisadi ittifaq (vahid iqtisadi siyasət).
 
İstehsal nədir?
Hasil etmə, hazırlama, əldə etmə.
İştirakçı nədir?
Səhmdar, payçı və ya müəssisənin mənfəətində digər iştirakçı.
Kameral
yoxlama

nədir?
Yerlərə getmədən təqdim olunan sənədlər əsasında yoxlama.
 
Kapital nədir?
Sərmayə, sərvət, əmlak, istehsal vasitələri və s. hamısı birlikdə
kapital hesab olunur; bütün öhdəliklər çixildıqdan sonra müəssisənin
aktivlərinin qalan payı da kapital adlandırılır.
Kommersiya
təşkilatı

nədir?
Kommersiya (ticarət) fəaliyyətini həyata keçirən, əldə etdiyi gəliri
təsisçilər (payçılar, iştirakçılar) arasında bölməyib kommersiya məqsədləri
üçün sərf edən hüquqi şəxs.
Kompensasiyav
Bərpa etmə; əvəz etmə; əvəzini ödəmə.
Kredit nədir?
Fiziki və ya hüquqi şəxsə çəhsul, xammal, məmulat və s. alıb müəyyən
müddət keçdikdən sonra pulunu ödəmək imkanı verən maliyyə xidməti.
Kalkulyasiya nədir?
Mühasibatda məhsul vahidinin, yaxud məhsul dəstinin istehsalı və satışı,
həmçinin işlərin və xidmətlərin görülməsi xərclərinin pul ifadəsində
hesablanmasıdır.
 
 
 
Lisenziya nədir?
Ayrı-ayrı şəxslərə və ya təşkilatlara müəyyən iş görmək üçün ixtiranı,
biliyi, təcrübəni və s. istifadə etməyə görə icazə.
 
Lizinq nədir?
Aktivlərin – əsasən binaların, avadanlıqların və nəqliyyat
vasitələrinin) lizinq şirkətləri tərəfindən alınması; həmin şirkətlər bu
aktivləri müəyyən haqq almaqla müştərilərə icarəyə verir.
Nemət nədir?
İnsanın tələbatını bilavasitə və ya dolayı yolla ödəyən maddi məhsul.
Nəzarət nədir?
Ərəb sözüdür; “baxmaq”, “görmək”, “müşahidə
etmək” mənalarında işlənir.
 
Makroiqtisadiyyat nədir?
Bütün təsərrüfatı tam şəkildə öyrənən iqtisadiyyat.
Mal nədir?
Hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və
istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün
qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.
Maliyyə nədir?
Pul vəsaitləri fondlarının yaradılması və istifadəsi prosesində iqtisadi
münasibətlərin məcmusu.
 
 
Maliyyə
xidmətləri

nədir?
   – Kreditlərin, maliyyə lizinqi
əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər
hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və
qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri
və kredit təminatlarını idarə etməsi;
– müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr,
köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar;
– qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və
əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar;
– səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin,
çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar.
İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər
qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə
xidmətlər maliyyə xidmətlərinə aid deyildir;
– törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə,
opsionlara və analoji sazişlərə aid əməliyyatlar;
– investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;
– sığorta və təkrar sığorta əməliyyatları.
 
 
Malların
idxalı

nədir?
Gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların
Azərbaycan Respublikası ərazisinə gətirilməsi.
 
Malların
ixracı

nədir?
Gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən
malların Azərbaycan Respublikası ərazisindən çıxarılması.
 
Malların
təkrar ixracı

nədir?
Gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan
malları idxal etmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və
idxal olunduğu andakı vəziyyətdə ixrac etməsi.
 
Malların
təkrar idxalı

nədir?
Gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar idxal malları sayılan
malları təqdim etmədən və ixrac olunduğu andakı vəziyyətdə ixrac etmiş şəxsin
həmin malları idxal etməsi.
 
 
Malların
təqdim edilməsi

nədir?
Mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən,
lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə
verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər
ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov
saxlayana və ya digər şəxsə keçməsi.
 
Mənfəət nədir?
Ümumi gəlirlə ümumi xərc arasındakı fərq.
 
 
Mikroiqtisadiyyat nədir?
Təsərrüfatın ayrı-ayrı hissələrini, formalarını, istehlakçıların
fəaliyyətini öyrənən iqtisadiyyat.
 
Muzdlu iş nədir?
Əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı
ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu
Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi
xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əmək haqqı»
adlandırılır.
 
Müamilə nədir?
Rəftar, münasibət, davranış; alver; alış-veriş; borc verilən pul
müqabilində alınan faiz, sələm.
 
Müavinət nədir?
Kömək, yardım.
Mübadilə nədir?
Bir şeyi verib əvəzində başqa şey alma, dəyişmə.
Mükəlləfiyyət nədir?
Dövlət, cəmiyyət və s. tərəfindən əhali üzərinə qoyulan vəzifə.
Müəssisə nədir?
VM-nin məqsədləri üçün müəssisələr ” sahibkarlıq fəaliyyətini həyata
keçirən və bu cür fəaliyyət üçün yaradılan aşağıdakı qurumlar deməkdir:
-Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış
hüquqi şəxslər;
-xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi
şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə
onların filialları və ya daimi nümayəndəlikləri;
– VM-nin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst
balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri
və ya digər ayrıca bölmələri.
 
 
Müqavilə
nədir?
Qarşılıqlı təəhhüdlər (öhdəliklər) haqqında yazılı
saziş.
Opsion
nədir?
Qiymətli kağızlar, mallar və ya pul vəsaitləri
gələcəkdə müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin
qərarına əsasən bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi
ilə əldə etməyə (satmağa) hüququ təsdiq edən sənəddir.
 
 
 
Pensiya
nədir?
Müəyyən əmək stajı olanlara, şikəstlərə, qocalara
və s. dövlət tərəfindən verilən pul təminatı.
Podrat
nədir?
Müəyyən haqq müqabilində iş görməkdən ibarət
öhdəlik və həmin öhdəlik üzrə görülən iş.
Podratçı
nədir?
Podrat üzrə işləyən adam və ya təşkilat.
Proses
nədir?
Hər hansı bir nəticəni əldə etmək üçün həyata
keçirilən fəaliyyət ardıcıllığının məcmusu.
 
 
 
Protokol
nədir?
Danışıqların və ya yoxlamaların nəticələrini əks
etdirən və ya tərəflərin imzaladığı sənəd.
 
 
Pul
nədir?
Hər yerdə mübadilə vasitəsi kimi işlənən aktiv;
ayrı-ayrı malların, xidmətlərin və digər aktivlərin qiymətləndirilmə vasitəsi.
Ratifikasiya
nədir?
Ali dövlət hakimiyyətinin dövlətlərarası müqavilə
və s. təsdiq etməsi.
Rezident
nədir?
Aşağıda göstərilən tələblərin birinə cavab verən
istənilən fiziki şəxs:
– təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda
həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;
– təqvim ili içərisində, yaxud bir təqvim ili
ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
– VM-nin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü
abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı
birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki
şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti
sayılır:
daimi yaşayış yeri; həyati mənafelərinin mərkəzi;
adətən yaşadığı yer;
Azərbaycan Respublikasının vətəndaşlığı;
– fiziki şəxs vergi ilində Azərbaycan
Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin
sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır,
bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan
Respublikasının qeyri-rezidenti olsun;
– Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya
Azərbaycan Respublikasında idarə edilən istənilən hüquqi şəxs.
Rüsum
nədir?
Həm hüquqi, həm də fiziki şəxslərdən hüquqi
əhəmiyyəti olan işlərin görülməsi üçün alınan vergi.
Rotasiya
nədir?
Latın sözüdür; “dairəvi hərəkət”,
“dövri dəyişmə” deməkdir.
Royalti
nədir?
Ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram
təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif
hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə,
istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi
düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan
informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud
istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.
Sahibkarlıq
fəaliyyəti nədir?
Şəxsin müstəqil surətdə, öz riski ilə həyata
keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən,
işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan
fəaliyyətidir.
Sanksiya
nədir?
Hər hansı qanun maddəsinin və hüquq normasının
pozulmasına görə götürülən ölçü.
Satışdankənar
gəlirlər nədir?
Digər müəssisələrin fəaliyyətində payçı kimi
iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli
kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı
ilə bilavasitə bağlı olmayan əməliyyatan götürülən digər gəlirlər, o cümlədən
cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta
əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti
keçmiş kreditor deponent borc məbləğləri.
Saziş
nədir?
Müqavilə; qarşılıqlı razılıq, anlaşma, həmrəylik.
Sərmayə
nədir?
Fiziki aktivlərin əldə edilməsi üçün sərf olunan
kapital.
Səyyar
yoxlama nədir?
Yoxlanan obyektlərə getməklə orada aparılan
yoxlama.
Sığorta
nədir?
Əmlakın korlanması və ya oğurlanması, yaxud ğlüm və
ya bədbəxt hadisə nəticəsində maliyyə itkilərindən qorunma üsulu.
Ssuda
nədir?
Xüsusi maliyyə qurumları tərəfindən ayrıca şəxsə və
ya müəssisəyə verilən borc.
Subpodratçı
nədir?
Podrat üzrə işləyən təşkilatlara yaxın olan, lakin
əsas olmayan podratçı.
Şəxs
nədir?
İstənilən fiziki və ya hüquqi şəxs,
qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi.
Şərti
maliyyə vahidi nədir?
Qanunla müəyyən edilmiş məbləğ.
Tarif
nədir?
Rəsmən müəyyən edilmiş tədiyə, maaş, rüsum, vergi
və s. cədvəli.
Tədiyə
nədir?
Ödəmə, ödəniş.
Təkamül
nədir?
Tədrici inkişaf.
Təklif
nədir?
Firmaların satışa çıxardığı nemətin həcmi.
Tələb
nədir?
Hər hansı neməti müəyyən məbləğdə pul ödəməklə əldə
etmək arzusu.
Ticarət
birjası nədir?
Ticarətin və qiymətli kağızlar satışının birja
vasitəsilə həyata keçirilməsi.
Valyuta
nədir?
İqtisadi mübadilədə işlədilən pul vahidi.
Valyuta
böhranı (valyuta risqi) nədir?
Pul-kredit sistemindəki böhranın mühüm təzahür
forması. Bu böhran iqtisadiyyata ciddi təsir göstərir, cəmiyyətdə sosial
gərginliyi artırır. Valyuta risqi ölkənin milli valyuta kursunu itirmək
təhlükəsi ilə əlaqədardır. Buna xarici ticarət, valyuta əməliyyatları və
kreditləşmə sahəsindəki, xarici valyuta kursundakı gözlənilməz dəyişikliklər
təsir göstərir.
Valyuta
kursu nədir?
Bir ölkənin pul vahidi qiymətinin digər ölkənin pul
vahidi ilə ifadəsi. Valyuta kursu bir qayda olaraq valyutanın alıcılıq
qabiliyyətindən asılı olaraq müəyyən edilir. Valyuta kursunun müəyyən edilməsi
valyutanın kotirovkası adlanır.
 
 
Valyuta
sistemi nədir?
Pul-kredit münasibətlərinin toplusu. Valyuta
sistemi dünya, beynəlxalq və milli valyuta sistemlərinə ayrılır. Dünya,
Beynəlxalq valyuta sistemi milli iqtisadiyyatla fəaliyyət mübadiləsi
əlaqələrində olur ki, bu da xarici ticarətlə bilavasitə bağlıdır.
 
Valyuta
siyasəti nədir?
Dövlət orqanlarının, mərkəzi bankların, maliyyə
idarələrinin, beynəlxalq valyuta-maliyyə təşkilatlarının valyuta münasibətləri
sahəsində həyata keçirdikləri tədbirlər sisteminin toplusu.
 
 
Valyutanın
sərbəst konvertasiyası nədir?
Milli pul vahidinin xarici valyutaya azad mübadilə
olunma imkanlılığı.
 
 
Veksel
nədir?
Borclunun pul öhdəliyi.
 
Verifikasiya
nədir?
Ümumiyyətlə, həqiqiliyin, düzgünlüyün, o cümlədən
proqramların müəyyən edilməsi, yoxlanması Müəyyən etmədə statistik və
konstruktiv metodlardan istifadə edilir.
 
Vergi
nədir?
Dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə
təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin
özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən
məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi
agenti nədir?
Vergi ödəyicisinin adından vergilərin
hesablanmasını, ödənilməsini bilavasitə yerinə yetirən şəxs.
Vergi
dərəcəsi nədir?
Vergitutma bazası vahidinə düşən verginin miqdarı.
Vergi
dövrü

nədir?
Verginin ödəniləcəyi vaxt intervalı.
Vergitutma
bazası

nədir?
Vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi.
Vergitutma
obyekti

nədir?
Gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, malların dəyəri və s.
Vergi
ödəyicisi

nədir?
VM uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini
ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab edilir.
Vergi
ödəyicisinin ailə üzvləri

nədir?
– ər-arvadlar; – valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər;
– vərəsələr; – doğma (ögey) bacılar (qardaşlar); – bacı və qardaş övladları; –
ər-arvadların bacıları, qardaşları və valideynləri; – bacıların ərləri və
qardaşların arvadları; – valideynlərin bacıları (qardaşları); – qəyyumlar və
qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində
biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.
Vergi
ödəyicisinin, alıcının, sifarişçinin və ya hər hansı şəxsin adı nədir?
Hüquqi şəxsin dövlət qeydiyyatına alınmış adı, fiziki şəxsin adı,
atasının adı və soyadı.
Volyuntarizm nədir?
Siyasətdə, idarəetmədə obyektiv qanunların tələblərini inkar etmə,
subyektiv özbaşınalığına yol vermə, anarxist avanturizmə meyl etmə, bazar
ekstremizmi.

1,435 total views, 4 views today

FİKİR BİLDİR