Butch Cassidy – əfsanəvi bank qarətçisi haqqında

Dostlarınla Paylaş

Butch Cassidy məşhur amerikalı bank, qatar qarətçisi və “Vəhşi dəstə” adlı quldur dəstəsinin lideri idi.
Butch 13 aprel 1866-cı ildə Yuta ştatında Robert Leroy Parker adı ilə dünyaya gəlir. O İngiltərə əsilli ailənin 13 övladının ilki idi. Butch uşaqlıq illərini valideynlərinin Ohayo ştatında yerləşən imarətində keçirmişdi. Öz karyerasını kriminal aləmdə başlamadan öncə butch-cassidy-1900maldarlıq ilə məşğul olurdu.

Onun yazılı sənədlərin də sübut etdiyi ilk cinayəti 1889-cu ildə Kolorado ştatında Tellurayd şəhərində yerləşən “San Miguel Valley Bank”-a edilən hücum olur. Bu zaman o 20 000 dollar apara bilmişdi. 1884-1886-cı illərdə at oğurluğu səbəbindən iki ilini həbsdə keçirməyə məcbur olur. Azadlığa çıxan Butch “Vəhşi dəstə” adlı quldur dəstəsini yaradır. Bu quldur dəstəsinin ən məşhur üzvü Harri Longbau idi.

1896-1901-ci illərdə quldur dəstəsi 10-larla qatarı qarət edir. 1901-ci ildə Butch Harri və onun həyat yoldaşı Etta Pleys ilə Nyu-Yorkdan Argentinaya qaçırlar. Onlar burada fermada işləyərək bir neçə illərini sakit şəkildə keçirirlər. 1905-ci ildə Etta ABŞ-a qayıtdıqdan sonra onlar ABŞ-da məşhur olan quldur dəstəsini yenidən bərpa edirlər. Onlar Çilidən keçərək Boliviyaya gedir və 1908-ci ildə Boliviya polisi tərəfindən həbs edilir. Təxminlərə əsasən onlar güllələnmişlər, lakin bunu sübut edəcək heç bir rəsmi məlumat tapılmamışdır. Əfsanəvi banl və qatar qarətçisi haqqında “Butch Cassidy və Sandens Kid” adlı film çəkilmişdir.

71 total views, 1 views today

FİKİR BİLDİR