Bodibildinqdə “pampinq” nədir?

Dostlarınla Paylaş

Pampinq — bodibildinqdə xüsusi metoddur. Bu eyni tipli hərəkətlərin minimal fasilələr ilə ardıcıl edilməsidir. Nəticədə əzələlər qan ilə dolur və şişir.

Pampinq bodibildinqdə tez-tez istifadə edilir. Pampinqi bir neçə növə ayırmaq olar.

1. Məhsuldar növü

Burada əsas məqsəd əzələ artımıdır.

2. Kosmetik növü

Bu hərəkətlər adətən fotoçəkiliş və səhnə çıxışları öncəsi edilir. Belə pampinq bəzən əzələləri 20% şişirdir.

3. Farmakologiya növü

Bu xüsusi idman qidaları, dərman preparatları və idman əlavələridir.

Pampinqin effekti

1. Pampinq daha geridə qalmış və çətin məşq edilən əzələləri işlətməkdə kömək edir. Bu isə öz növbəsində dözümlülüyü artırır.

2. Uzun müddətə əzələləri gərgin saxlamaq olur. Yəni əzələ kütləsi üçün neçə yanaşma və təkrar deyil, hərəkətin müddəti vacibdir.

3. Qan ilə bərabər əzələlərə müxtəlif qidalandırıcı elementlər və anabolik hormonlar daxil olur ki, sonuncular əzələ kütləsinin artımında əvəzolunmaz rol oynayır.

4. Məşqlər üçün dəyişilə bilən cədvəl qurulmalıdır: istirahət günləri mütləqdir. Məhz bu günlər pampinq adi məşqlərə yaxşı alternativ rolunu oynayacaq.

Lakin düşünməyin ki, pampinq əzələ üçün istirahət deməkdir. Əzələlər onsuz da işləyir. Xüsusən də əgər işlədiyiniz çəkilər kiçik deyil, orta səviyyədədir.

Məşq proqramı

Pampinq üçün ən yaxşısı qantel və bloklardır. Müxtəlif jimlərdən də istifadə etmək olar.

Ən effektiv metod isə hər bir əzələ qrupu üçün ən azı 100 təkrar yerinə yetirməkdir. Bundan sonra növbəti qrup əzələlərə keçmək olar. Belə bütün bədəninizi məşq elətdirə bilərsiniz.

Əziyyətiniz yerdə qalmayacaq. Pampinq nəticəsində ən kiçik əzələlərinizə belə qan vasitəsi ilə qidalandırıcı maddələr çatacaq. Əzələlərinizin inkişafına kömək edəcək. Ürək-damar sisteminə də güc düşdüyündən, onları da möhkəmləndirəcək.

Yeni başlayanlar

İlk dəfədən 100 təkrar etmək lazım deyil. İlk dəfə üçün 50 təkrar da kifayətdir. Lakin iki həftədən sonra artıq daha çətin səviyyəyə keçmək olar.

 

-idol.az

241 total views, 1 views today

FİKİR BİLDİR