Bitcoin-in qızıl forması bazara çıxır

Dostlarınla Paylaş

Bitkoin virtual kriptovalyutanın yenidən bölünməsi nəticəsində “Bitcoin Gold” adında yeni bir rəqəmsal valyuta yarana bilər.
“Report” “Haberler” saytına istinadən xəbər verir ki, Honq-Konqun “LightningASİC” mədən şirkətinin baş icraçı direktoru Cek Liaonun rəhbərlik etdiyi “Bitcoin Gold”un oktyabrın 25-də bazara çıxması gözlənilir.
Noyabrın 1-dən etibarən isə “Bitcoin Gold” tədavülə buraxılacaq.
“Bitcoin Gold”un qiyməti daha kiçik mədənçilik qrupu tərəfindən dəstəklənməsi səbəbindən “Bitcoin Cash”dən daha ucuz olacağı bildirilir. Qeyd edək ki, bitkoin 2017-ci il avqustun 1-də bitkoin və bitkoin kəşə (BCC) bölünüb. Hazırda “Bitcoin Cash”in qiyməti təxminən 325 dollara bərabərdir.

Finans.Az

113 total views, 1 views today

FİKİR BİLDİR