Bioloji qida əlavələri (vitaminlər) günün hansı saatında qəbul olunmalıdır

Dostlarınla Paylaş

Vitamin həblərini günün hansı saatında içmək lazımdır?
Müəyyən saatlarda içməyin əhəmiyyəti varmı?

Vitamin həbləri günün istənilən saatında içilə bilər. Lakin diş dırçalamaq kimi hər gün davamlı olaraq eyni saatda içilməsinin, onu içməyinizi xatıralamağınız cəhətdən faydası var.

Vitamin həblərini uzun müddət içmək olarmı?
Bəli. Xüsusilə Avropa Qida Şurası tərəfindən qəbul olunan RDA dəyələrinə (tövsiyyə edilən gündəlik qəbul miqdarı) uyğun vitamin və mineral həblərini sağlamlığınızı qorumaq üçün içə bilərsiz. Lakin həblərdə A və D vitaminlərinin çox yüksək olmamasına diqqət etmək lazımdır. A vitamini 5000 vahid, D vitamini isə 500 vahid səviyyəsindən çox qəbul edildikdə və davamlı olaraq istifadə edildikdə orqanizmə zərər yetirə bilər.

Vitamin həblərinin faydaları və zərərləri

Milyonlarla insanın istifadə etdiyi C və E vitaminlərini özündə birləşdirən həblərinin kişilərdə ürək xəstəliklərinin qarşısını almasında bir faydası olmadığı müəyyən edilmişdir. 1997-ci ildən başlayan araşdırmaya yaşları 50 və ya daha çox olan və araşdırmanın əvvəlində 5%-ində ürək xəstəliyi olan 14.641 kişi həkim iştirak etmişdir. Bu həkimlər 4 qrupa ayrılır və qruplara E vitamini (iki gündə 1 dəfə 400 IU), C vitamini (hər gün 500 mq), hər ikisi və ya plasebo (hər hansı bir təsiri olmayan maddə) verilir. Orta hesabla 8 il sonra tədqiqat aparıldıqda, ümumilikdə 1.245 ürək xəstəsi olan bu qruplar arasındakı ürək tutması, insult və ya ürək xəstəlikləri ilə bağlı ölümlərin sayında heç bir fərq nəzərə çarpmır. Hətta E vitamini qəbul edən kişilərdə beyindaxili qanama ilə əlaqəli insult riskində artma da müəyyən edildi.
Nəticələri Journal of the American Medical Association jurnalında dərc edilən bu araşdırma, multivitamin istifadəsinin təsirlərinin 10 ildən uzun müddət boyunca tədqiq edilən ilk araşdırmadır. Ürək tutması keçirmiş 12 mindən çox xəstənin tədqiq edildiyi digər bir araşdırma da, B12 vitamininin və fol turşusunun ürək xəstəliyinin qarşısını almaqda bir rolu olmadığını göstərmişdir. Bunun əvəzində mütəxəssislər vitaminlərin başqa mühüm istifadə sahələrinin mövcud olduğunu xatırladırlar.
İmmun funksiyası, zehin açıqlığı və göz sağlamlığı bu sahələr arasındadır
Mənbə: Resepti.az

178 total views, 1 views today

FİKİR BİLDİR
loading...