Banan alarkən diqqətli olun! Meyvə üzərinə yapışdırılmış etiketlərin mənaları nədir?

Dostlarınla Paylaş
Banan elə bir meyvədir ki, demək olar ki nə zaman marketə, bazara getsən qarşına çıxır. O qədər də baha olmadığından çoxumuz istehlak edirik. Lakin əminəm ki, heç birimiz bananın üzərinə yapışdırılmış kağız parçasına diqqət etmirik. Amma nahaq.

Banan (və ya digər meyvələr) üzərinə yapışdırılmış stiker bizə nə deyə bilər?

  1. Əgər kağızın üzərindəki kod 4 rəqəmlidirsə və 3 və ya 4 rəqəmi ilə başlayırsa, bu o deməkdir ki, məhsul intensiv üsulla becərilib və pestisid (kimyəvi dərmanlar) istifadə olunması istisna deyil. Məsələn #4011 kodu.
  2. Əgər kod 5 rəqəmlidirsə və 9 rəqəmi ilə başlayırsa, bu o deməkdir ki, bu məhsul “dədə-baba qaydası” ilə becərilib və indiki dildə desək orqanikdir. Bu məhsulları rahatlıqla istifadə edə bilərsiniz.
  3. Əgər kod 5 rəqəmlidirsə və 8 rəqəmi ilə başlayırsa, bu o deməkdir ki, geni dəyişdirilmiş məhsuldur başqa sözlə GMO.Ümid edirik ki, bundan sonra bu kodlara daha çox diqqət edəcəksiniz. İnsanları məlumatlandırmaq üçün paylaşın.
loading…


1,779 total views, 1 views today

FİKİR BİLDİR