Bakıda döyülərək öldürülən tələbə

Dostlarınla Paylaş

Bakıda ölüm hadisəsi baş verib.

Qarmag.com Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu ağır vəziyyətdə tapılıb.

O, yoldan keçənlərin köməyi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər S.Mehdiyevin ağır kəllə-beyin travması aldığını bildiriblər. Lakin onların səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S.Mehdiyev Azərbaycan Texniki Universitetinin tələbəsi olub. Onun tələbə yoldaşları report-a bildirib ki, S.Mehdiyev bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, tədqiqat aparılır.

313 total views, 1 views today

FİKİR BİLDİR