Bakıda maşınlara ziyan vuran naməlum şəxs peyda olub – VİDEO

Dostlarınla Paylaş

Gecə saatlarında avtomobilə yaxınlaşan şəxs qəfil onun şüşəsini sındırmağa başlayır. Daha sonra isə əlindəki çəkiclə qabaq faraları və kapotunu əzir.

qarmag.com Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Bakıxanov qəsəbəsi sülh küçəsində təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.

Avtomobilin sahibi Samir Həsənov deyir ki, artıq bununla ikinci dəfədir ki, onun maşınına gecələr gəlib ziyan vururlar. İlk dəfə avtomobil əziləndə məhəl qoymasa da, ikinci dəfə kimsə onun avtomobilini təmirdən çıxan kimi yenidən əzib.

Həmin şəxs avtomobildən heç bir oğurluq etməyib. Digər maraqlı məqam ondan ibarətdir ki, həyətdəki maşınlardan yalnız onun maşınına zərər yetirilib. Bu məhz şəxsi ədavət ehtimalını gündəmə gətirsə də avtomobilin sahibi Samir Həsənov deyir ki şübhələndiyi adam yoxdur və heç kimlə ədavəti yoxdur. Həmin şəxs bunun qarşısını almaq üçün həyətə kamera da quraşdırıb.

Hazırda avtomobil sahibi maşınını yenidən təmir etdirməyə risk etmir. Samir Həsənovu narahatdır ki, avtomobili təmir etdirdikdən sonra ona yenə ziyan vursunlar.

O məsələ ilə bağlı Sabunçu rayon 13-cü polis bölməsinə müraciət edib və video görüntüləri də polisə təqdim edib.

Faktla bağlı araşdırma aparılır.

174 total views, 1 views today

FİKİR BİLDİR