Avtomat karobka xarab olmasın deyə maşını necə park etməli

Dostlarınla Paylaş

Deyək ki, maşını padyomda yada az da olsa yoxuşda saxlamısınız. Karobkanın ömrünü uzatmaq üçün aşağıdakıları ardıcıllıqla etmək lazımdır:
1. Maşını saxladıqdan sonra pilləni “N”-ə (neytrala) atın
2. Bundan sonra əl tormuzunu (ruçnoyu) çəkin
3. Sonra pilləni “P”-yə (parkinqə) atmazdan əvvəl “N”-də ola-ola ayağınızı tormuzdan çəkin ki, padyomun gücü ruçnoyun trosuna düşsün
4. Maşın tam dayanacaq və ondan sonra “P” rejiminə atın və maşını söndürün

Bunları etmək ona görə vacibdir ki, hər dəfə padyomun bu gücü karobkanın lentasına zərər verməsin. Maşını saxlayanda orda yaranan tık-tık səsi karobkanın evini yıxır. Maşını xodlayıb yolunuza düzəlmək istəsəniz də P-dən çətin çıxır.

Paylaşaq bilməyənlər də bilsin sonra xərcə düşməsinlər.

 

loading…


1,080 total views, 2 views today

FİKİR BİLDİR