Avstriyalı Fabio Wibmer dünyanın ən hündür bəndlərinin sürahisi üzərində velosiped sürür

Dostlarınla Paylaş

Bu həftə, cığırların ulduzu yerdən 200 metr yüksəklikdə yerləşən Avropanın ən hündür bəndi Avstriyadakı Kölnbreinsperre üzərində velosiped sürərək öz məharətini bir daha göstərdi. Bu nəinki ağlasığmaz dərəcədə hündürdür, həm də sürahi həddən artıq ensizdir və zəmin narahatlıq yaradacaq dərəcədə buzludur- nə yolunda getməyə bilərdi?

-Bəndin ortasına çatıb aşağı baxanda mən çox qorxdum və hələdə bunu etməyi istəyib-istəmədiyimdən əmin deyildim.

Fabio Wibmer

Fabionun son məharətini göstərmək məqsədilə necə yola çıxdığını görmək üçün başgicəlləndirici videonu izlə və onun bütün bunlar haqqında nə dediyini bilmək üçün aşağıdakıları oxu.

Bənd üzərində velosiped sürmək fikri ağlınıza hardan gəldi?

Bu ideya bir neçə ay bundan əvvəl mən film çəkmək üçün yeni bir yer axtararkən ağlıma gəldi. Mən Google’da hər növ yerləri araşdırırdım və birdən nəhəng bəndi gördüm. Mən sadəcə olaraq fikirləşdim ki, 200 metr hündürlükdə bəndin üstündəki ensiz sürahinin üzərində velosiped sürmək necə də möhtəşəm olardı. Mənim bir ideyam vardı, mükəmməl bəndi axtardım və bir neçə dostumla ora getdim.

Bunu etmək göründüyü qədər qorxuludurmu?
Mən birinci dəfə bəndi görəndə gözlərimə inanmadım və sadəcə fikirləşdim: “Aman Allahım”. Bu mənim təsəvvür etdiyimdən daha böyük yol idi. Bəndin ortasına çatıb aşağı baxanda mən çox qorxdum və hələdə bunu etməyi istəyib-istəmədiyimdən əmin deyildim.

Sizin orada hər hansı bir təhlükəsizlik texnikanız var idi?
Bəli, əks təqdirdə bu tamamilə məsuliyyətsizlik olardı. Mənim təhlükəsizliyim bir oğlan və bir kəndir vasitəsilə təmin olunmuşdu və bunu etməyin təhlükəsiz qaydası heç də bu deyildi.
Mən çox xoşbəxtəm ki, onun köməyinə ehtiyacım olmadı, çünki mən fikirləşmək istəmirəm ki, nəsə yolunda getməsəydi bu nə ilə nəticələnəcəkdi. Bir insan tərəfindən tutulmuş kəndirə 85kq-la dırmaşmaq heç də yaxşı olmayan sonluqla nəticələnə bilərdi.

Siz bunu ilk cəhddə başa düşdünüz?
Təəssüf ki, yox. Mən fikirləşirdim ki, mən bunu ilk cəhddən bacaracam, lakin güclü külək işi həqiqətən çətinləşdirirdi. Mən bunu bir dəfədən artıq etmək istəmirdim, ancaq nəticədə mən bəndin mərkəzinə çatmaq üçün yeddi dəfə cəhd etməli oldum. Mən fikirləşirəm ki, həyatımda heç vaxt belə adrenalin dolu anlar yaşamamışam!

Mənbə: redbull.com

loading…


663 total views, 3 views today

FİKİR BİLDİR