“At gücü” nədir?

Dostlarınla Paylaş

Traktorun və ya maşının gücünü göstərmək üçün «at gücü» ifadəsindən istifadə edirlər. Bu sözü artıq çoxumuz eşitmişik, ancaq onun haradan gəldiyini çoxumuz bilmirik. Lap qədimlərdə, hələ maşınların səs-sorağının olmadığı vaxtlarda insanların yeganə köməkçisi atlar idilər. Atlar insan aparır, yer şumlayır, yük daşıyırdılar. Belə çıxırdı ki, insana tək «at gücü» kömək edir. Nə vaxt ki, maşınlar «işıq üzü gördülər», onlar bir atdan qat-qat çox iş görməyə başladılar. Dünyada hər şeyin bir ölçü vahidi var: vaxt — saniyə, dəqiqə və saatlarla, çəki — milliqram, qram və kiloqramla, məsafə — santimetr, metr və kilometrlərlə və s. hesablanır. Beləliklə, maşınların da işgörmə qabiliyyətini «at gücü» ilə ölçməyə başladılar.

474 total views, 1 views today

FİKİR BİLDİR