Astral səyahət haqqında

Dostlarınla Paylaş

Astral həyat insanın bədəndən kənar, ruhi səyahətidir.
Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik.
Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər və maqlar fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi. Əsl adı isə astral işıq idi. Astral dünyanın forması yoxdur. O hər hansı materialdan düzəlməyib. Həmin dünyada bizim keçmişimiz və gələcəyimiz görünür. Bir çox ekstrasenslər məhz astral yolla gələcəyi və ya keçmişi görürlər. Astral səyahət zamanı bizim “mən”imiz astral bədənin daxilində olur. Bəzən biz hətta bunu dərk edə bilirik.
Astral adlanan əraziyə xüsusi metodlardan istifadə etməklə düşmək olar. Beləcə insan yuxuda özünü dərk edə bilər. Dünyadakı hər kəs həyatı boyu heç olmasa, bir dəfə astral səyahət edir. Lakin xüsusi biliklər olmadan həmin ərazidə qalmaq qeyri-mümkündür. Dediyimiz ərazi sizə adi yuxu kimi gələ bilər, amma bu yuxu deyil. Siz divarlardan keçə bilərsiniz, insanlara toxunub bunu hiss edə bilərsiniz, ürəyiniz istəyən adamı görə bilərsiniz və s. Sadəcə bunun üçün beyni məşq etdirmək gərəkir. İlk dəfə insan qorxur. Amma yavaş-yavaş buna alışırsınız. Məsələn, astralda olanlardan biri şəxsi təcrübəsindən danışır ki, otağa girərkən divanın üstündə pişik görüb. Sonra pəncərəyə baxıb eyni pişiyi orada görüb.
Bir neçə metoddan istifadə etməklə astralda olmaq mümkündür. 1. Birbaşa metod 2. Bilavasitə metod 3. Yuxuda dərk etmə
Birbaşa metodda yuxudan istifadə edilmir. Yəni siz gözünüzü yumub müəyyən texnikadan istifadə etməklə astrala düşürsünüz. Əksər həvəskarlar səhv edirlər. Xüsusi metodika və təlim keçmədən birbaşa metoddan istifadə etmək istəyirlər. Belə səhvlərin nəticəsi ağır olur.Yuxuda gəzmələr və hətta bu şəraitdə intahara belə gətirib çıxara bilir.Bundan ötrü çox ehtiyatlı olmalı, beyini bu yöndə məşq etdirmək lazımdır.
2)Bilavasitə metoddan yuxudan istifadə edilir. Yəni yatırsınız, ayılırsınız və həmin anda texnikadan istifadə edib astrala düşürsünüz
3-cü yuxuda dərk etmə metodudur. Bu zaman yatırsınız və dərk edirsiniz ki, bu yuxudur. Ondan istifadə etməklə astrala düşmək mümkündür.
Adətən insanlar astraldan ayıldıqdan sonra reallıqla yuxunu qarışdırırlar. Bu ona görədir ki, Astral real həyatla çox oxşardır.

399 total views, 1 views today

FİKİR BİLDİR