“Asgardia” adlı ilk kosmik ölkə yaradılacaq

Dostlarınla Paylaş

Alimlər, mühəndislər və hüquqşünaslardan ibarət beynəlxalq komanda kosmik texnologiyaların inkişafı, yerdənkənar təhlükələrdən müdafiə və planetdə sülhün qorunub saxlanması üçün “Asgardia” layihəsini təqdim edib. Layihənin məqsədi gələcəkdə bəşəriyyət tarixindəki ilk kosmik ölkəni yaratmaqdır.

Paris şəhərində təşkil olunan mətbuat konfransında əslən Azərbaycandan olan rus sahibkarı, Rusiya hava-kosmik hücumundan müdafiə sistemləri konserninin idarədənkənar ekspert şurasının həmsədri, “Almaz-Antey”” konstruktor bürosunun sabiq rəhbəri və Beynəlxalq Aerokosmik Tədqiqat Mərkəzinin (AIRC) təsisçisi İqor Aşurbəyli çıxış edib.

“Asgardia” layihəsi işlərinin startı elə AIRC-nin himayəsi altında baş tutacaq, mütəxəssislər deyir. Layihə çərçivəsində ilk “kosmik ölkənin” yaradılması planlaşdırılır – elə bir ölkə ki, orada insanlar Asqardın skandinav tanrıları kimi Yerin hüdudlarından kənarda da, azad və sülh içində və Yer qanunlarına tabe olmadan yaşaya biləcəklər. “Layihənin elmi və texniki komponentlərini üç sözlə şərh etmək olar – Sülh, Azad Yiyələnmə və Müdafiə”, – Aşurbəyli qeyd edir.

Rəsmi saytı artıq fəaliyyətə başlayan layihə insanlara gələcəyin ölkəsinə vətəndaşlıq alma imkanı təklif edir (öz vətəndaşlıqlarını qoruyaraq). İlkin işlərə başlanılsa da, layihə rəsmi olaraq gələn il kosmosa peykin buraxılması hadisəsindən sonra start götürəcək. Daha sonra peyk yeni kosmik ölkənin ilk formal ərazisi kimi tanınacaq. Aşurbəylinin dediyinə əsasən, əgər layihə təsisçilərinə ən az 100 min vətəndaşlıq müraciəti göndərilsə, BMT-yə ölkənin tanınması üçün rəsmi ərizə göndərilməsi işinin hüquqi əsasları formalaşmış olacaq.

İqor Rauf oğlu Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakıda anadan olub. Məşhur azərbaycan neft sənayeçilərindən olan Aşurbəyovların soyundandır.

327 total views, 2 views today

FİKİR BİLDİR