Aşağı büdcəyə rəğmən tamaşaçılardan tam bəyəni almış 8 maraqlı film

Dostlarınla Paylaş

Olduqca aşağı xərclərə çəkilmələrini baxmayaraq, ‘high concept’ qavrayışı yaradılan; yəni maraqlı bir mövzu, ‘beyinyandıran’ detallarla hazırlanan bu 8 olduqca maraqlı film izlənilməyə layiqdir.

 1. Zaman Xətası (Time Lapse) [IMDb: 6.5]

 

Birlikdə yaşayan 3 ev yoldaşı, qonşularının pəncərəsində hər axşam saat 8-də şəkil çəkən bir kamera olduğunu görər. Lakin fotoşəkillərin tarixi tam 24 saat sonrasını göstərməkdədir, yəni gələcəkdən gəlir.

2. Dairə (Circle) [IMDb: 6.1]

 

Bir qrup insan dairə formasında bir otaqda oyanar. Oraya necə gəldikləri ya da aralarında necə bir əlaqə olduğu haqqında heç bir fikirləri yoxdur. İki dəqiqədə bir kimin öləcəyi haqqında səsvermə etmək məcburiyyətindədirlər.

3. Cinayət Vaxtı (Timecrimes) [IMDb: 7.2]

 

Kənddə yerləşən evinin yaxınındakı ağacları izləyən bir adam, çılpaq bir qız və üzü bandajlarla sarılı, onu izləyən sirrli bir adam görür. Göz atmaq üçün çölə çıxır və onu fəlakətə sürükləyəcək olan hadisələr zəncirinin ortasında qalır.

4. Uyğunlaşma (Coherence) [IMDb: 7.2]

 

Bir qrup dostla birlikdə axşam yeməyi yeyərkən birdən işıqlar sönər. Bölgədəki digər tək ev isə birdən olduqca tanış və əlaqəli görünməyə başlayar.

5. Düşmən (Enemy) [IMDb: 6.9]

 

Bir adam, film izləyərkən eynilə özünə tamamən bənzəyən birinin olduğunu görür. Daha çox məlumat əldə etmək üçün yola çıxır; ancaq sonunda özü haqqında bilmədiyi bəzi gerçəklərlə üzləşir.

6. Üçbucaq (Triangle) [IMDb: 6.9]

 

Subay bir ana olan Jess, istəksiz də olsa yoldaşlarıyla birlikdə bir yaxta gəzintisində iştirak edər. Pis hava şərtləri üzündən, heç kimin yoxmuş kimi görünən sirrli bir gəmiyə minmək məcburiyyətində qalarlar. Jess bunun nəticəsində, xəyal belə edə bilməyəcəyi bəzi seçimlər etmək məcburiyyətində qalar.

7. Sirli Kimya (Upstream Color) [IMDb: 6.8]

 

Günahsız qurbanları hipnoz üsuluyla soymaq üçün istifadə bir dərman, hər kəsi bir-biriylə əlaqəli bir şəkildə buraxar. İki qurban bir araya gələrək başlarına nələr gəldiyini tapmağa çalışır.

8. İkili (Double) [IMDb: 6.5]

 

Durğun bir işdə çalışan utancaq və əsəbi bir adam, eynilə özünə bənzəyən aqressiv, manipulativ və özünə güvənən yeni bir iş yoldaşı ilə tanış olar. Həyatını bir növ təhvil alan həmkarı aşiq olduğu qızın arxasına da düşər.

loading…


428 total views, 1 views today

FİKİR BİLDİR