Artıq çəkidən azad olmağın 5 ən sadə yolu

Dostlarınla Paylaş
  1. Çəki itirmək üçün etməli olduğunuz sadəcə 1 şey var. Sərf etdiyindən daha az kalori qəbul etmək. Bu isə 2 yolla baş verə bilər:
  2. Az kalori qəbul etmək

Çox kalori sərf etmək
Amma ac qalmaqla çəki itirmək bu məsələyə çarə deyildir. Bu sadəcə sənin maddələr mübadilənin sürətini azaldacaq və sən çəki itirməkdə çətinlik çəkəcəksən. Sən həm də əzələ toxuması itirirsən, odur ki, müntəzəm olaraq, aclıqla mübarizə aparacaqsan. Mübarizənin ilk vaxtlarında həmişə aclıq güc gələcəkdir. Bəs çarə nədir? Çıxış yolu yediyiniz bəzi qidaların dəyişilməsidir, başqaları ilə əvəz olunmasıdır. Qida porsiyanızın azaldılmasıdır. Düzgün qidalanmaqla, siz özünüzü çox gümrah hiss edəcəksiniz, eyni zamanda da kəskin şəkildə kalori əridəcəksiniz. Nəticədə isə asan yolla çəki itirmiş olacaqsınız.
Deməli, qısa zamanda və sağlam şəkildə çəki itirmək istəyirsinizsə, aşağıdakı 5 sadə üsula riayət edin:


1. Uğur qazanacağınıza inanın. Qəti qərar qəbul edin və öz məqsədinizə doğru fikrinizi cəmləyin.

2. Pizza, piroq, tort, peçenye, şirniyyat, konfet və s. kimi çox kalorili qidalar yeməyin. Məhz bunlar daha çox nəfs çəkən qidalar olduğundan, sizin çox yeməyinizə və çəki yığmağınıza səbəb olur. Bundan başqa bir çox xəstəliklərin də səbəbi məhz belə şəkər, yağ tərkibli qidalardır. Daha bir mənfi xüsusiyyətləri isə onların sizin bədəninizdə piy qatlarının əriməyə qoymurlar, saxlayırlar. Əgər siz qablaşdırılmış qidalar yeyirsinizsə, o zaman mütləq qabın üzərində yağ və şəkərin həcminə baxın. Məlumatınız olsun ki, aşağı yağ tərkibli yazılan belə məhsullar adətən yüksək şəkər tərkibli olurlar.

3. Daha çox təbii qidalar yeyin. Ət, balıq və yumurta yüksək protein tərkiblidir və doydurucu məhsullardır. Tərəvəzlər müxtəlif çeşidli qida maddələri ilə zəngindir.

Meyvələr, toxumlar, çərəzlər və süd də xeyirli maddələrlə zəngindir, amma həddindən artıq çox yemək olmaz. Bütün dənli bitkilər (düyü, yulaf və s.) və kartof karbohidratın, liflərin təbii mənbəyidir. Amma qədərində yeyilməlidir.

Öz yemək reseptlərinizi bu qidalar əsasında hazırlayın. Bu zaman həm çəki itirəcəksiniz, həm də sağlamlığınızı əhəmiyyətli dərəcədə qorumuş olacaqsınız.
4. Çoxlu su için. Bu sizə adi görünə bilər. Lakin bu həqiqətən də vacib məsələdir. Hazırki çirklənmiş ətraf mühitdə sizin piy toxumalarınız məhz toksik maddələrin “ehtiyat anbarıdır”. Piy qatları əridikcə, onlar özləri ilə birlikdə toksik maddələri də sizin bədəninizdən çıxarır. Bu prosesi mümkün qədər sürətləndirmək lazımdır. Əks halda siz bunun baş ağrıları, ürək bulanması, dəri qıcıqlanması və s. kimi əks təsirlərinə məruz qalacaqsınız. Odur ki, çoxlu miqdarda maye qəbulu daim nəzarətdə saxlayın.

5. Müntəzəm olaraq, idman etməyi də unutmayın. Həqiqi uzun müddətli sağlam şəkildə çəki itirmək idmansız mümkün deyil. Sürətli yerimə, qaçmaq kimi hərəkətlər sizin əlavə kalori yandırmağınıza səbəb olacaqdır. İdman hərəkətləri isə siz piy qatlarını əritdiyiniz müddətdə əzələ kütləsini bərpa etməyinizə kömək edəcəkdir.

Artıq siz çəki itirməyin və eyni zamanda sağlamlığınızı saxlamağın yolunu bilirsiniz. Sadəcə qeyd etdiyimiz bu 5 sadə üsula riayət etməklə tezliklə istədiyiniz bədən quruluşuna sahib ola bilərsiniz. Paxıl olmayın, paylaşın dostlarınız da faydalansın.

Mənbə: inspiremyworkout.

TREND XƏBƏRLƏR

loading…


674 total views, 4 views today

FİKİR BİLDİR