Anatoliy Leopoldiviç Qolimbievskiy kim olub?

Dostlarınla Paylaş

İnternet məkanının aktiv istifadəçiləri çox güman ki, bu şəkillə rastlaşıblar. Hər zaman izah oluna bilməyən emosiyalara səbəb olan bu şəkli gördükdən sonra yaddan çıxarmaq mümkün deyil. Bəs heç bir şeyə baxmayaraq, üzü gülən bu qəhrəman-veteran kimdi? Onun adı- Anatoliy Leopoldiviç Qolimbievskiydi. O, “Сообразительный” mina gəmisinin motoristidi. Novorosisk yaxınlığında Tsemesso buxtasında ilk döyüşdə iştirak edən dəstədən yeganə sağ çıxan məhz Qolimbievskiy oldu.

Qırmızı flotda xidmət edən Anatoliy Qambilovskiy quruya çıxan ilk adam oldu. Onu həyat əlaməti olmadan, ayağından və əlindən yaralanmış şəkildə aşkar etmişdilər. Tbilisi xəstəxanasında dənizçinin həyatını xilas etmək mümkün olsa da, ayaqlarını saxlamaq mükün olmadı. Buna baxmayaraq dənizçi elə bir həyat eşqi göstərdiki, özünə baş tibb bacısı gürcü Mirtsunu sevdirə bildi və sonradan onun ailə həyatı qurdu. Onun qızı Tamara ona nəvə, hətta nəvəsi də nəticə bəxş etdi.

P.S: Bu məşhur foto-şəkil 1989cu ildə Naximovsk hərbi məktəbinin kursantlarının veteren Qolimbievskiyə hərbi salam verərkən fotoqraf İvan Kurt tərəfindən çəkilib.

531 total views, 1 views today

FİKİR BİLDİR