Analis Mitçel – Şeytanın qurbanı.

Dostlarınla Paylaş

Kilsədə təhsil almış qatı katolik ata Josef və 3 keşiş qızları olan qatı dindar anadan dünyaya gələn Analis dini təhsil alaraq yetişdirilmişdi. Anası anna və atası Josef nişanlı olarkən evlilikdən kənar qız uşağı dünyaya gətirdiklərinə görə ailələrini utanca boğmuş və öz toyunda qara fata taxmağa məcbur edilmişdir. Eclilikdə kənar dünyaya gələn Marta 8 yaşında vəfat edəndə anası Anna bütün acısını Analisdən çıxırdı. Məryəm ana sindiromu adlandırılan psixoloji vəziyyətdə olan Analis bütün pis hadisələrin günahkarının özü olduğunu düşünür və insanların günahlarının özünə yüklənib digərlərinin günahlarını azaltmaq istəyirdi. Sevgilisi olduğunu eşidən anası qızına ayrılmalarını təkid etdi. İtaətkar olan Analis anasının sözüylə sevgilisindən ayrılmalı olur. Anası qızının evlilik həyatına bakirə olaraq girməsinin vacibliyini vurğulayırdı. Sinif yoldaşları da Analisin çox sakit və içinə qapalı olduğunu bildirirdilər. Bunlar Analisin başına gələcəklərin ilk addımı oldu. Gənclik atəşi,azadlıq istəyi və cəhənnəm qorxusu arasında qalan Analisin psixikası buna artıq dözmədi. 1968-ci il, 16 yaşında Analis yaddaşını itirdikdən sonra iflic oldu. Hətta belə bir qısılmaların birində dilini işlədi. Qarnında dəhşətli ağrı var idi və tərpənə bilmirdi. Səsini belə çıxartmaqda çətinlik çəkirdi. Edilən müayinədən sonra onda epilepsiyanın kəskin forması olan Grand Mal tapıldı. 1976-də İtalyada bir kilsəyə ziyarət vəziyyəti daha da ağırlaşdırdı. Ayağının altında cəhənnəm atəşini hiss edən Analis ordan uzaqlaşaraq qaçdı. Artıq dini əşyalara və dualara dözə bilmirdi. Ətrafdakılar da ondan gələn pis iyi hiss etmişdilər. Ailəsi onun şeytan tərəfindən təcavüzə uğradığını düşünürdü. Həkimlərin çarəsiz qaldığı epilepsiyalardan sonra Analis yemək-içməkdən kəsildi. şitdiyi səslərdən,gözünə görünən şeytandan yuxusu qaçan, özünə və ətrafına zərər verən, it kimi masanın altında sürünüb hovlayan, həşərat və kömür yeyən, ölü bir quşun başını qoparan və hətta öz nəcisini yeyən, gün ərzində 600 dəfə diz çöküb qalxaraq dizlərini parçalayan, paranoyaların dəli etdiyi insana dönmüşdü. Analisin 2 dəfə rədd etməsinə baxmayaraq 1975-ci ildə ailəsi tərəfindən istənilən “Böyük şeytan çıxartma” ayini kilsə tərəfindən qəbul edildi. Həftədə 2-3 seans keçirilirdi. 1614-cü ildə qəbul edilmiş bu ayin “romanium” adı altında keçirilir və məqsədi şeytan girmiş bədəni zəiflətməklə onu bədəndən qovmaqdır. Bir neçə müddətdən bədəni zəifləmiş Analis seansların birində dünasını dəyişdi. Məhkəmə onun ailəsini və şeytan çıxardan rahibləri günahkar bilərək hər birinə 6 il həbs cəzası verdi. Bir neçə materialda Analis seans zamanı başqa dillərdə danışmağa başlamışdı. Hətta bir dəfə rahib ona bu bədənə niyə girdin,adın nədir,nə vaxt bədəndən çıxacaqsınız deyəndə Analis 6 şeytanın içində olduğunu və cəhənnəm əzabından qorxduğu və ora qayıtmaq istəmədiyini demişdi. Hətta rahibələrdən birinin gözünə görünən Analis “Ölümüm, Alman xalqının günahlarının bədəlini ödəmək ve qurtuluşu üçündü . Tanrının sonsuz gücünün göstərgəsi olarak bədənim heç çürümədi”. Lakin meydi açılanda bədəni həddindən artıq çürümüşdü. Analisin başına gələnlər bir çox Exorcism temalı filmlərə də mövzu olmuşdu.

472 total views, 2 views today

FİKİR BİLDİR