Acı konfet fenomeni nədir?

Dostlarınla Paylaş

Rus psixoloqların apardığı eksperimentlərdə müəyyən olunmuş bir fenomendir. Eksperiment otağında azyaşlı uşaq masadan bir qədər aralı stulda oturdulur. Stolun üstünə hansısa predmet qoyulur. Uşağa deyilir ki, stuldan durmadan əlini çatdırıb həmin predmeti götürə bilsən, sənə mükafat konfet veriləcək (stuldan durmadan predmeti götürmək mümkün deyil). Bunu deyib otaqdan çıxır, digər otaqdan uşağın davranışını müşahidə edirlər. Uşaq bir az gözləyir, görəndə ki, eksperimentçi gəlmir, yerindən qalxıb cəld həmin predmeti götürür və qayıdıb yerinə oturur. Eksperimentçi otağa qayıdır. Predmeti uşağın əlində görüb deyir: “əhsən, bildim ki bacaracaqsan, yəqin ki stuldan durmamısan, eləmi?” Uşaq deyir yox, durmadım. Eksperimentçi mükafat konfeti ona uzadanda nə baş verir?
Əksər uşaqlar konfeti götürməkdən imtina etmişlər. Onların arasında bu an ağlayanlar da olmuşdu.
Psxioloqlar bunu motivləri çəkişməsi kimi izah edirlər. Konfet uzadılan anda uşağın vicdan hissi ilə tamah hissinin konflikti yaranır. Vicdan hissi ona “haqqın çatmır, götürmə!” diqtə edir. Tamah hissi bunun əksini. Hansı motiv güclü çıxırsa, onu edirlər. Ağlayan uşaqlar isə vicdan mühakiməsinin təsirindən ağlayırlar.
——–
Ötən ilin oktyabrında arşdırma nəticələri dərc olundu. Araşdrımaçılar insan beynində vicdanlı və vicdansız davranışa cavabdeh olan sahələri aşkarlayıblar. İnsanın böyüdüyü mühitdən asılı olaraq, bu iki sahədən birisi üstünlüyü ələ keçirir. Mühit insana yalançılığı, yaltaqlığı, əliəyriliyi təşviq edirsə, həmin sahələrdən vicdansızlığa cavadeh olanı aparıcı olur, düzlüyə cavadeh olan sahə passivləşir. Mühit vicdanlı olmağı tələb etdikdə isə əksinə.
——–
Ötən il mən müstəqil aradşrıma apardım.
1) Avropa və ABŞ-da yaşayan azərbaycanlılar arasında cinayətkarlıq halları; və 2) Rusiyada yaşayan azərbaycanlılar arasında. Avropada yaşayan azərbaycanlıların ağır cinayətlər törətməsinə dair məlumat tapmadım. Rusiyada isə belə məlumatlar N qədərdi. Sual olunur: nədən bir millətin nümayəndələri 1-ci halda normal insanlar kimi yaşayırlar, 2-ci halda kriminala meyl edirlər? Cavab: mühitin həlledici rolu var.

Razi Kuliyeva

197 total views, 1 views today

FİKİR BİLDİR
loading...