ABŞ-Çin müharibəsi başlaya bilər

Dostlarınla Paylaş

loading…


“5-10 il içində müharibəyə başlayacağıq” – Trampın baş müşaviri

ABŞ-ın 45-ci prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başlar başlamaz, ABŞ və Çin arasında münasibətlər də gərginləşməyə başlayıb.

İstiPress-in “The Guardian“a istinadən verdiyi xəbərə görə, Trampın baş müşaviri Stiv Bannonun 2016-cı ilin martında dediyi sözlər ortaya çıxıb. İngiltərənin “The Guardian” nəşrinin xəbərinə görə, Bannon deyib ki, “5-10 ilə ABŞ-ın Çinlə müharibə edəcəyinə şübhəm yoxdu”.

Trampın müşaviri buna səbəb kimi Cənubi Çin dənizindəki gərginliyi göstərir.

Bir neçə gün bundan əvvəl Çinin yüksək rütbəli hərbçilərindən biri də ABŞ-la müharibənin “yalnız bir şüar deyil”, “həqiqət” olduğunu demişdi.

ABŞ-ın yeni müdafiə naziri Ceyms Mattis də Birləşmiş Ştatların Cənubi Koreyanı müdafiə etmək üçün yeni raketdən müdafiə sistemi quraşdıracağını deməsi, Çin rəhbərliyini ciddi narahat etmişdi, hətta onlar buna reaksiya da vermişdilər.

496 total views, 2 views today

FİKİR BİLDİR