51-ci ərazi və ya nələri bilməyimizi istəmirlər. AREA 51 haqqında bilmədiklərimiz

Dostlarınla Paylaş

51-ci ərazi adı verilən bu məkan ABŞ-ın Nevada bölgəsində yerləşir. Rəsmi adı “Nevada Test Sahəsi” olan bu məkan illərdir ki insanların maraq dairəsində olub ama haqqında çox az bilgilər əldə edilmiş ərazdir. Hərbi məqsədlər üçün istifadə olunduğu bildirilsədə, burda həmçinin uçan boşqabların, yeni texnologiyaların, bir çox məxfi patentlərin test olunduğu deyilir. Ərazidə çalışan insanlara burda gördükləri barədə qəti olaraq heç kəsə danışmamaları gərəkdiyi barədə ciddi təlimatlar verilir. Ərazidə çalışanlar bölgəyə xüsusi təyyarələr vasitəsilə gətirillir və geri qaytarılır. Maraqlısı budur ki, bu bölgə üzərində tez -tez uçan boşqablar və başqa raketləri, təyyarələri xatırladan obyektlər dövrə vurur. 51-ci ərazinin peyklər vasitəsilə görüntülənmiş rəsmlərindən biri budur.

2013-cü ilə qədər 51-ci ərazinin varlığını gizlədən Amerika göstərilən ildə rəsmi olaraq buranın varlığını təsdiqlədi və CIA bu barədə yazdığı hesabatda ərazinin nə məqsədlə yaradıldığına dair məlumatlar verdi. Məkana 50 km-dən çox yaxınlaşanın insanlar müxtəlif vasitələrlə təqib edilir, izlənilir. Ərazi yaxınlığından çəkilmiş bəzi şəkillər:

 

loading…


1990-cı ildə Robert Lazar adlı şəxs 51-ci ərazidə fizik kimi çalışdığını mediyaya açıqladı. Açıqlamasında Robert bildirirdi ki, o və digər elm adamları qəzaya uğramış gizli texnologiyaların qəza səbələrini araşdırırdılar. Robertin dediyinə görə bu texnologiyalar UFO və kosmik gəmiləri əhatə edirdi. Lakin CIA etdiyi açıqlamada bu faktları yalanlamış və ərazidə U-2 casus təyyarə sisteminin test edildiyini bildirmişdir.

Bölgə ‘Independence Day’, ‘The X-Files’ filmlərinin əsas mövzusu olmuşdur. 51ci ərazi haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər aşağıdakı sənədli filmi izləyə bilərlər. İnternetdən bu sənədli filmin türk ,rus və bir çox dillərə edilmiş dublajlarınıda tapmaq mümkündür.

TREND XƏBƏRLƏR

loading…


1,286 total views, 2 views today

FİKİR BİLDİR